“NBC Bank”ın son vəziyyəti məlum oldu

“NBC Bank” ASC 2018-ci ilin 9 ayını 2 milyon 917 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 2 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “NBC Bank” xalis mənfəəti 17,4% artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “NBC Bank”ın faiz gəlirləri 13 milyon 434 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 224 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə Bankın faiz gəlirləri 10 milyon 490 min manat, qeyri faiz gəlirləri isə 2 milyon 518 min manat təşkil etmişdi. Faiz gəlirlərinin artması müştərilərə verilmiş kreditlərin artması ilə bağlıdır.
Yanvar-sentyabr dövründə "NBC Bank"ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 15 milyon 658 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz) isə 13 milyon 225 min manat təşkil edib. Nəticədə, 2 milyon 433 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 483 min manat əməliyyat mənfəətinə əlavə edilib. Beləliklə Bank, 2018-ci ilin 9 ayında 2 milyon 917 min manat xalis mənfəət əldə edib.
"NBC Bank" 2017-ci ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 462 min manat ayırmışdı. Bu il əksinə, ehtiyatlara ayırmaların mənfəətə əlavə edilməsi gecikmədə olan kreditlərin qaytarıldığına işarədir.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 Sentyabr 2017-ci il tarixində 127 milyon 934 min manat təşkil etmiş müştərilərə verilmiş kreditlər (məqsədli ehtiyatlar çıxılmaqla) 30 Sentyabr 2018-ci il tarixində 187 milyon 758 min manata çatıb (46,8% artım).
DEPOZİTLƏR 100 MİLYON MANATI AŞIB
Müqayisə olunan dövrdə "NBC Bank"da depozitlər isə 71 milyon 331 min manatdan 100 milyon 590 min manata yüksəlib.
BANK 56% BÖYÜYÜB
"NBC Bank" 30 Sentyabr 2018-ci il tarixində 268 milyon 946 min manat cəmi aktivlərə, 209 milyon 306 min manat cəmi öhdəliklərə və 59 milyon 640 min manat cəmi kapitala malik olub.
"NBC Bank" 30 Sentyabr 2017-ci il tarixində 171 milyon 815 min manat cəmi aktivlərə, 115 milyon 891 min manat cəmi və 55 milyon 924 min manat cəmi kapitala malik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın cəmi aktivləri 56,5% artıb.
"NBC Bank" 30 Sentyabr 2018-ci il tarixində 59 milyon 413 min manat məcmu kapitala malik olub.
ÖDƏMƏ VAXTI KEÇMİŞ KREDİTLƏR AZALIB
30 Sentyabr 2018-ci il tarixinə olan məlumata görə, Bankın 195 milyon 868 min manatlıq kredit portfelinin 11 milyon 287 min manatının və ya 5,7%-nin ödəmə vaxtı keçib.
30 Sentyabr 2017-ci il tarixində "NBC Bank"da ödəmə vaxtı keçmiş kreditlər portfelin 10%-indən bir qədər az idi (cəmi 12 milyon 198 min manat). 2016-cı ilin sonunda vaxtı keçmiş kreditlər 13 milyon 354 min manat idi.
Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

JCB Azərbaycanda aqrar sektordakı mövqeyini gücləndirir: Tegeta Motors Baku “DairyRally 2025”in qızıl sponsoru oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
-
15 d. əvvəl
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
27 d. əvvəl
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
-
1 saat əvvəl
Zaxarova: Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Hərbi təcavüz və işğal Azərbaycana 150 milyard dollar zərər vurub
-
16 saat əvvəl
Zelenski Əliyevə zəng edib, Ukraynanın Azərbaycanı dəstəklədiyini bildirib
Son Xəbərlər

Azərbaycanın lizinq şirkətinə yenidən maya qoyulur

Şavkat Mirziyoyev Azərbaycana səfərə yola düşüb

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Hərbi təcavüz və işğal Azərbaycana 150 milyard dollar zərər vurub
Ən çox oxunanlar

“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru barəsində həbs qərarı çıxarılıb

“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanıldı

“PAŞA Holding” 22 min nəfərdən çox işçisi olduğunu açıqladı

Rəsmi Bakıdan Rusiyaya cavab

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!
