"Oğru oğurluq etməklə, yoxsa yanğın törətməklə daha çox zərər vurar?.." – MÜSAHİBƏ
“Sığortanın lazım olduğunu məntiqi informasiyalarla inandırmaq lazımdır”
(®) “Qala Sığorta” şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri İlqar Zülfüqarovun müsahibəsi
-İlqar müəllim, özünüz haqqında qısa məlumat verərdiniz.
Sumqayıt şəhərində anadan olmusam, 42 yaşım var. 1993-cü ildə Azərbaycan Sənaye İnstitutuna qəbul olmuşam, 1997-ci ildə bakalavr dərəcəsi ilə həmin istitutu bitirmişəm. Peşəkar iş fəaliyyətimə 1997-ci ildən başlamışam. Hazırda “Qala Sığorta” şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıram.
-Nə üçün sığorta sahəsini seçdiniz? Neçə ildir bu sahədə fəaliyyət göstərirsiniz?
Fikrimcə, insan istədiyi sahələrdə öz potensialını hesablamağı və onu yönəltməyi bacarmalıdır. Yəni bir insanın hansısa bir bacarıq və bu bacarığı həyata keçirə biləcək bir sahəsi varsa, onu tapmağı bacarmalıdır. Mən də özüm üçün bu paliqonu, yəni sığorta sahəsini seçdim. Sığorta sahəsində ünsiyyət çox vacib faktorlardan sayılır. Mən də özümdə olan bu ünsiyyət, dialoqu, polemikanı, insanlarla münasibəti düzgün qurmaq bacarığımı və bunu sığorta sahəsində istifadə edəcəyimi bacaracağımı anladım. Geridə qalan isə sığorta sahəsində başqa vacib nüansları mənimsəmək oldu. Sığorta sahəsində satış mütəxəssisi olaraq artıq 14 ildir ki fəaliyyət göstəririəm.
-Sığorta sizin nə deməkdir?
Sığorta mənim üçün həyat tərzimin bir hissəsinə çevrilmiş bir sahədir. Yəni bir insan iş fəaliyyətini hansısa bir müəyyən iş saatında keçirib onu başa çatdırırsa, mənim üçün bu vaxt məhdudiyyəti yoxdur. Bu fəaliyyət günün 24 saatı ərzində də davam edə bilər.
Ən maraqlısı isə bu fəaliyyət sektoru çox geniş və dinamikdir. Sığorta mənim üçün hədəf, maraq, ünsiyyət, yeni tanışlıq, motivasiya, prespektiv, dinamika və ən əsası da həyat tərzimi müəyyənləşdirən bir sahədir.
-Rəqabətlilik baxımından fəaliyyətinizə təsir göstərən sığorta şirkətləri olubmu?
Ümumiyyətlə, bazar iqtisadiyyatı inkisaf edən ölkələrdə rəqabət həmişə aparıcı amillərdən biri sayılıb. Bu baxımdan da hər bir şirkətin, biznesin inkişafı rəqabətsiz mümkün deyil. Sığorta sahəsində də bu rəqabət özünü göstərməkdədir. Amma mənim üçün müqayisə olunan rəqib şirkət mövcud deyil. Daha doğrusu, hər bir sığorta əməkdaşının öz hədəfi olmalıdır. Bu hədəfə çatmaq üçün işlədiyi şirkətə rəqib bir şirkət maneə kimi görünməməlidir.
Zənnimcə, satış etdiyin sığorta məhsulunu ən yaxşı olduğunu və bunu müstəriyə aşılamağına mane olan rəqib şirkət və onları rəqib kimi görmək peşəkarlıqdan uzaq və hədəfə mane olan bir tezisdir.
-Fəaliyyətiniz dövründə ən iri satışınız, yəni şirkətə cəlb etdiyiniz ən iri sığorta məbləği hansı növ üzrə olub?
Fəaliyyətim dövründə kasko sığortası üzrə ümumi dəyəri 1 mln. manat həcmində olan bir neçə avtomobilin sığortasını realizə edilməsi yadımda qalıb. Realizə etdiyim sığorta isə “Kasko Sığortası” növü olmuşdur.
-Könüllü sığorta məhsullarını satarkən müştəriləri necə inandırırsınız?
Könüllü sığorta məhsulunu təqdim etmək üçün əsas məhsul haqqında ətraflı məlumat vermək və onun müştəriyə gətirə biləcək xeyirini və faydasını ona aşılamağı və izah etməyi bacarmaq lazımdır. Əvvəlcə qarşı tərəfdə bu sığortaya təlabatın olduğunu məntiqi informasiyalarla inandırmaq lazımdır. Və sonda öz ünsiyyət qabiliyyətinizdə qeyd etdiyim nüansları da əlava etsəniz könüllü sığorta məhsulunu realizə etməyi, məhsulu satmağı bacarmaq olar.
-Cəlb etdiyiniz müştərilər sırasında ən maraqlı hadisələri ilə yadda qalanını danışa bilərsiniz?
Əlbəttə, belə bir maraqlı sığorta hadisəsi olub. Sərgidə çox təsadüfən bir müştərinin kamera quraşdıran şirkətin meneceri ilə ünsiyyətinin şahidi oldum. Müstəri evinə quraşdırıcaq kameralarla maraqlanırdı. Kameraların oğurluq hadisələrinin qarşısını alacağını ona anlatan menecerin söhbətini eşitdim. Söhbətləri qurtarandan sonra müştəriyə yaxınlaşıb mən də onunla ünsiyyət qurdum.
Sonda ona belə bir sual verdim. Əgər evinizə oğru girərsə, sizcə o oğurluq etməklə daha çox zərər vurar, yoxsa yanğın törətmək nəticəsində? Müştəri gülərək dedi ki, əlbəttə yanğın nəticəsində dəymiş zərər daha çox olar. Həmin an mən ona sığortaçı olduğumu anlatdım və bir müddət sonra onun əmlakını sığortaladım.
-İlqar müəllim, müsahibə üçün təşəkkür edirik .
Çox sağ olun!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















