Qeyri-neft sektoru üzrə ixracın vəziyyəti açıqlandı - YENİ RƏQƏMLƏR
2018-ci ilin birinci yarısında qeyri-neft sektoru üzrə 846,5 milyon ABŞ dolları dəyərində mal ixrac olunub
Azexport.az portalına 2018-ci ilin ilk 6 ayında daxil olan ixrac sifarişləri 47,6 faiz faiz artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (54,6 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (96,7 milyon ABŞ dolları), Türkiyə (25,9 milyon ABŞ dolları), İsveçrə (12,8 milyon ABŞ dolları), Gürcüstan (8,1 milyon ABŞ dolları) və Niderland (5,8 milyon ABŞ dolları) qərarlaşıb.
2018-ci ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon ABŞ dolları). Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 milyon ABŞ dolları) isə üçüncü olub.
“İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, “Food Export Şəmkir” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 6 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin iyun ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb.
2018-ci ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,7 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin iyun ayı ərzində Azexport.az portalına 34,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin birinci yarısında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Bu isə Azexport.az portalının ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 iyun tarixinə kimi (18 ay ərzində) Azexport.az portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon ABŞ dolları təşkil edib.
İcmalın iyul sayında Azexport.az portalının yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlaması barədə məlumata da yer verilib.
“İxrac İcmalı”nın iyul sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, İran, İtaliya, İraq, Qazaxıstan, Gürcüstan, Ukrayna, İngiltərə, Sinqapur, BƏƏ, Çin, ABŞ daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
17 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
15 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
7 d. əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
8 d. əvvəl
Böyükşor gölünün inkişaf planı təqdim edildi – BƏƏ şirkətindən yeni konsepsiya
-
23 d. əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 34 d. əvvəl
-
39 d. əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
42 d. əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
1 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Aərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir
























