Obyekt və müəssisə almaq istəyənlərin nəzərinə - yeni hərracın tarixini açıqladı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir. Hərraca həmçinin ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb.
Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına Salyan Kəndkimya, Sabirabad Mexanikləşdirmə, Xəzər Avtonəqliyyat kimi səhmdar cəmiyyətlər daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.
7 mart tarixində hərraca çıxarılacaq əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360
Özəlləşdirilməsi təklif olunan obyektlər barədə daha ətraflı informasiya komitənin informasiya resursu olan (emdk.gov.az) və privatization.az saytında yerləşdirilir. Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, portala daxil olmaqla hərraca çıxarılan müəssisə və obyektin start qiyməti, əvvəlcədən ödənilən 10% beh məbləği, obyektin ünvanı, fəaliyyət sahəsi və.s barədə geniş məlumat almaq olar. İstənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, şəkillərinə baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər. Portalda həmçinin özəlləşdirmə prosesi və ya hərraclarla bağlı yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn məsləhət pəncərəsi ” xidməti də fəaliyyət göstərir. Komitənin rəsmi youtube kanalını (https://goo.gl/OpYdB1) izləməklə keçirilən hərracların video görüntüləri ilə yaxından tanış olmaq olar.
Hərraclarda iştirak etmək üçün portalda (privatization.az) əmlaka sifariş verdikdən sonra müvafiq hərrac komissiyasına sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd; komitə tərəfindən təsdiq edilmiş formada sifariş; komitə tərəfindən müəyyən edilmiş behin hesaba köçürülməsini təsdiq edən sənəd hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim edilməlidir. Qeyd edək ki, hərracda iştirak edən, lakin qalib olmayan şəxs hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər özəlləşməyə çıxarılan əmlakla tanış olmaq üçün ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilər. Ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 nömrəli telefon ilə əlaqə saxlamaq kifayətdir.
Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi ( çıxarış ) ilə təmin olunurlar. Bundan əlavə həmin obyektlər orta və kiçik biznes qurmaq üçün tam əlverişlidir. Ümumiyyətlə dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata investisiyalar, o cümlədən xarici investorlar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi sosial mediada, televiziya kanallarında hərracların geniş təbliğatını aparır, vətəndaşları, investorları özəlləşdirmə prosesində aktiv olaraq iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
1 gün əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
1 gün əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 1 gün əvvəl
-
1 gün əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 1 gün əvvəl
Son Xəbərlər

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
