Aqropark taxıl və yem bitkiləri alır
“Yalama Aqropark” MMC cins damazlıq heyvandarlıq təsərrüfatının ehtiyacları üzrə ölkədə istehsal olunmuş yem məhsullarının tədarükünü ELAN edib.
“Yalama Aqropark” MMC 2018-ci ilin may ayının 10-dan yerli kənd təsərrüfatı məhsulları istehsalçılarından aşağıdakı göstəricilərə cavab verən taxıl və yem bitkilərinin qəbuluna başlayır:
Dənlik arpa üzrə:
Parametr | Arpa (dən) |
Nəmlik (faizlə) | maks. 14.5 |
Dənin naturası, (bir litrlik purkalarda qramla) | 650 qr-dan az olmamaqla |
Dən qarışığı (faizlə) | 5 faizdən çox olmamaqla |
Qırılmış dən qarışığı (faizlə) | 5 faizdən çox olmamaqla |
Alaq otları (zibil) qarışığı (faizlə) | 2 faizdən çox olmamaqla |
Sürmə ilə sirayətlənmiş dənlər | Qəbul edilmir |
Qaba yemlər üzrə:
Parametr | Arpa samanı | Yonca otu | Buğda samanı |
1 kipin çəkisi | Minimum 15 kq | Minimum 18 kq | Minimum 15 kq |
Tərkibi | Minimum 90 % arpa samanı | Minimum 50 % yonca otu (1-ci biçin), Minimum 90 % yonca otu (2 və 3-cü biçin), Minimum 70 % yonca otu (4-cü biçin) | Minimum 90 % buğda samanı |
Nəmlilik (faizlə) | 12-14 % | 12-14 % | 12-14 % |
Rəngi | Sarı-qızılı | Sarı-qızılı | Sarı-qızılı |
Digər meyarlar | Qaralma və kiflənmə hallarında mal qəbul edilmir | Qaralma və kiflənmə hallarında mal qəbul edilmir | Qaralma və kiflənmə hallarında mal qəbul edilmir |
Şərtlər:
1.K/t məhsulların tədarük planı üzrə qəbulu mövsüm dövrü həftənin hər günün saat 08:00-20:00 saatlarında aparılır.
2.Tədarük edilən mallar çəkisi Şirkətin tərəzisi əsasında müəyyənləşdirilir.
3.Malların çəkilməsi və keyfiyyət analizi Satıcının iştirakı ilə aparılır və müvafiq olaraq sənədləşdirilir.
Keyfiyyət göstəricilərinə cavab verməyən mallar qəbul edilməyəcəkdir. Keyfiyyət göstəricilərindən kənarlaşma hallarında Şirkətin keyfiyyətə nəzarət mütəxəssislərinin rəyi əsasında qarşılıqlı razılaşma ilə alış qiymətindən keyfiyyət çatışmazlığı ilə əlaqədar müəyyən çıxılma nəzərə alınmaqla mallar qəbul edilə bilər.
5.Qəbul edilən qaba yemin çəkisi tərəzi üzrə qəbul edilən malın ümumi çəkisinin qəbul edilən kip sayına bölünməsi yolu ilə orta çəki üsulu ilə hesablanır. Qəbul edilən malın orta çəkisi keyfiyyət tələblərində müəyyənləşdirilən çəkiyə uyğun deyilsə, ödəniş keyfiyyət tələblərində göstərilən orta çəki əsasında hesablanaraq ödənilir.
6.Tədarük edilən malların qiyməti mövsüm dövründə bazar araşdırması yolu ilə müəyyənləşdirilir və əvvəlcədən tərəflər arasında qarşılıqlı razılaşma ilə təsdiqlənir.
7.Tədarük edilən malların dəyərinin ödənilməsi müvafiq müqavilə və malların qəbulu üzrə tələb olunan sənədləşmə aparıldıqdan sonra aparılır.
8.Alışın rəsmiləşdirilməsi üçün fiziki şəxslərin şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərin isə müvafiq hüquqi sənədləri təqdim etməsi mütləqdir.
9.Malların dəyəri qarşılıqlı razılaşma əsasında mal qəbul edildiyi gün və ya razılaşdırılmış digər gün həyata keçirilir. Hüquqi şəxslərdən qəbul edilən malların dəyəri köçürmə yolu ilə, fiziki şəxslərdən qəbul edilən malların dəyəri isə köçürmə və ya nağd ödəniş yolu ilə aparıla bilər.
Əlaqə telefonları və qəbul məntəqəsinin ünvanı:
Yalama Aqropark MMC
Xaçmaz rayonu Yalama kəndi
Tel: 012 310 04 31
E-mail: office@agroparkyalama.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















