Draghi-nin nələrə toxunacağı gözlənilir?
Avropa Mərkəzi Bankının Cümə axşamı günü açıqlayacağı faiz qərarının ardından sədr Mario Draghi, mətbuat konfransı keçirəcək. İclasda, Draghi-nin bölgə iqtisadiyyatına dair nə qədər narahat olduğu müşahidə edəcək.
"Marja" xəbər verir ki, Draghi və digər üzvlər, 19 ölkədən ibarət olan bölgə iqtisadiyyatında inkişafın sürətinin azalmasından daha sabitlik qazandığını deyir.
İqtisadçılar, Draghi-nin İyun ayına qədər siyasət dilində və ya siyasətdə hər hansı bir dəyişiklik elan edəcəyini gözləmir. Məsələyə dair məlumat sahibi rəsmilərdən verilən məlumata görə, Draghi, bunun üçün İyul ayını belə gözləyə bilər.
Frankfurtda saatı 16:30-da keçiriləcək mətbuat konfransında Draghi-nin toxunması mümkün olan əhəmiyyətli məqamlar:
İqtisadiyyat
Avropa Mərkəzi Bankının rəsmiləri, Avro Bölgəsində ötən həftələrdə açıqlanan və region iqtisadiyyatında sürətlənmənin gücünü itirməkdə olduğuna dair narahatlıq yaradan mənfi göstəricilərdən sonra göstəricilərdə bir "soyumanın" söz mövzusu olduğunu qəbul edib. Yenə də, bölgə iqtisadiyyatına dair nikbinlik davam edir.
İqtisadçılar bildirirlər ki, güclü iqtisadi artım, AMB-ni istiqraz alışı proqramından çıxışı planında cəsarətləndirən ən mühüm faktordur. Mənfi ola biləcək birinci rüb iqtisadi artım göstəricisi, AMB planlarını təxirə salmağa sövq edə bilər.
Baza inflyasiya və maaşlar
Regionda baza inflyasiya göstəricisi, ilk üç ayda 1 faiz səviyyəsində qalaraq gözləntiləri qarşılamayıb. Yenə də, qiymət təzyiqlərinin artdığına dair işarələr var.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Mətbuat konfransında izlənəcək başqa bir məsələ, Draghi-nin dövlət sektoru işçiləri tərəfindən imzalanan və inflyasiya yardımçı xarakterli maaş müqavilələrinin rəsmiləri cəsarətləndirəcək qədər güclü olduğunu söyləyib söyləməyəcəyidir.
Avro
Avro Bölgəsinin ortaq pul vahidi, güclü keçirdiyi 2017-ci ilin ardından ilin ilk aylarında dollar qarşısında yuxarı istiqamətdə hərəkət edib, ancaq avronun dəyər qazanması, iqtisadiyyatın artım sürətinin ləngiməsilə birlikdə Draghi-nin planlarının təxirə salınması məsələsində yaranan risk ilə getdikcə azalır.
İstiqraz alışlarından çıxış gizlincə başlayıb?
Bununla yanaşı, Draghi, istiqraz alışından mərhələli çıxış proqramına başlanıb başlanmadığı barədə sualla qarşı-qarşıya qala bilər. "Deutsche Bank" iqtisadçıları tərəfindən yazılan bir hesabatda, AMB-nin korporativ istiqraz alışlarını gizlincə başlatdığı iddia edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
52 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az





















