86 milyard dolları var, amma səhər yeməyinə 3.17 dollardan artıq ödəmir!
86 milyard dollar sərvətilə dünyanın ən zəngin 3-cü adamı olan amerikalı Uorren Buffett haqqında sənədli film çəkilib. O filimdə, səhər yeməyini hər gün McDonald`s restoranında qəbul etdiyini və 3.17 dollardan artıq qida və içkilər almadığını söyləyib.
87 yaşlı məşhur milyarder və investisiya dühası kimi göstərilən Uorren Buffett haqqında bir həqiqət ortaya çıxıb. HBO şirkətinin istehsalı olan "Becoming Warren Buffett" adlı, yəni "Uorren Buffett olmaq" sənədli filmində danışan iş adamı haqqındakı məlum olmayanlardan da söz açıb.
"Marja" xəbər veri ki, Buffetin, 60 il əvvəl 31 min 500 dollara aldığı evdə yaşadığı, ictimai nəqliyyatdan istifadə ediyi və ağıllı telefona üstünlük vermədiyi məlum idi. İndi məlum olur ki, Buffett səhər yeməyində də son dərəcə təvazökar adamdır.
86 milyard dollar sərvətlə dünyanın ən varlı 3-cü adamı olan Uorren Buffett səhər yeməyinə 3.17 dollar, yəni 5 manat 40 qəpikdən artıq ödəmir.
Ofisi ilə evi arasının maşınla 5 dəqiqə olduğunu bildirən Buffett, hər səhər McDonald's-da səhər yeməyini qəbul edir. ABŞ-da klassik səhər yeməklərindən biri olan donuz əti və ədviyyatdan hazırlanan kotletdən iki ədəd yeyən Buffettın digər variantları isə yumurta və pendirin yanında kolbasa, ya da basdırmadır.
Buffett, "Hər səhər təraş olarkən həyat yoldaşıma deyirəm. Avtomobildəki bankaya 2.61 dollar, 2.95 dollar və ya 3.17 dollar pulu mənim üçün qoyun", - deyib.
Buffett, seçimini edərkən necə düşündüyünü də danışır. Sənədli filmin rejissoru Piter Kunhardta danışan məşhur iş adamı "Özümü çox zəngin hiss etmirəmsə 2.61 dollar qiymətindəki iki kotleti alıram və yanında kola içirəm. 3.17 dollarlıq menyu isə bastırma, yumurta və pendirdən ibarətdir, ancaq bazarlar bu gün pis idi, bu səbəbdən 2.95 dollarlıq menyuya üstünlük verdim",- deyir.
Buffett, kola vərdişilə də tanınır. Daha əvvəl də bir proqramda "Gündə 2700 kalori alıramsa bunun dörddə biri Coca Cola-dandır. Hər gün ən az 5 şüşə kola içirəm", -demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 5 saat sonra
-
- 10 d. əvvəl
-
12 d. əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
1 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 5 saat əvvəl
-
23 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
400 milyard dollarlıq meqasaziş müzakirə olunur
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Ən çox oxunanlar
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu


























