"Zavodun inşasına 560-565 milyon avro xərclənib"
“SOCAR Karbamid” zavodunun inşasına bu vaxtadək 560-565 milyon avro xərclənib.
Bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib.
O bildirib ki, “SOCAR Karbamid” layihəsinin investisiya dəyəri təxminən 760-780 milyon avrodur. İndiyədək zavodun tikintisinə 560-565 milyon avro sərf edilib: “İkinci əsas ödəniş isə zavod SOCAR tərəfindən qəbul olunan zaman həyata keçiriləcək”.
X.Cəfərov qeyd edib ki, layihə üzrə mühəndislik və satınalma işləri artıq tamamlanıb. Tikinti işləri isə 99 faiz yerinə yetirilib. Sınaq-sazlama işləri təxminən 6 ay aparılacaq. Zavodda ilk məhsulun – amonyakın istehsalı təxminən avqustda gözlənilir. Bundan 1-1,5 ay sonra isə məhz azot gübrəsinin (karbamid) istehsalı nəzərdə tutulur. Zavod tam istismar gücündə işləməyə cari ilin dördüncü rübünün əvvəlinə hazır olacaq. SOCAR tərəfindən zavod təhvil alınan gündən etibarən maksimum səviyyədə istehsal həyata keçiriləcək. Zavodun ətraf mühitə təsiri sıfıra bərabər olacaq.
“Ölkədə azot gübrəsinə tələbat ildə təxminən 150 min tondur. Ötən il Azərbaycanda gübrənin idxalına 55 milyon dollar xərclənib. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur. Həmin məhsulun əsasən Qərb marşrutu ilə ixracı planlaşdırılır və hazırda zavodun sahəsinə dəmir yolu xəttinin çəkilişi müzakirə edilir”, - deyə zavodun direktoru əlavə edib.
Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.
Sumqayıtdakı Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 16 saat sonra
- 32 d. sonra
-
21 d. əvvəl
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin ®
-
1 saat əvvəl
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
-
1 saat əvvəl
“Ayrı-ayrı deyil, Mərkəzi Avrasiya kimi çıxış etsək, daha güclü olarıq”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq
-
2 saat əvvəl
“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi dəyişdi
Ən çox oxunanlar
“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
Azərbaycanda 2,9 milyard dollarlıq layihə - 50 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacağı gözlənilir
Azərbaycanda daha bir BOKT ləğv olunur
Avqustun 7-də gözlənilən hava şəraiti
Hazırda bu layihəyə təxminən 420 işçi cəlb olunub, pik dövründə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir



























