Əslən azərbaycanlı Rusiyanın 4-cü ən varlı iş adamıdır
"Forbes Russia" 15-ci dəfə Rusiyanın ən zəngin iş adamlarının reytinqini açıqlayıb.
Adıçəkilən nəşrə görə, 2017-ci il ərzində 200 rusiyalı biznesmenin sərvəti 25 mlrd. dollar artaraq 485 mlrd. dollara çatıb.
Ümumilikdə, rusiyalı milyarderlərin sayı 96-dan 106-ya yüksəlib.
Təhlil göstərir ki, 2016-cı ildə olduğu kimi ötən il ərzində də ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu dəfə reytinqə Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin başçılıq edir. Onun sərvəti 19,1 mlrd. dollara çatıb. "Severstal"ın sahibi Aleksey Mordaşov isə 18,7 mlrd. dolarla ikinci pillədə qərarlaşıb.
Bundan əvvəlki reytinqdə lider olan "Novatek" və "Sibur" şirkətlərinin həmtəsisçisi Leonid Mixelsonun sərəti 400 mln. dollar azalıb. Bununla da L. Mixelsonun 18 mlrd. dollarlıq sərvətlə reytinqin 3-cü pilləsinə yiyələnib. 2016-cı ilin yekunlarına əsasən 14,5 mlrd. dollarlıq sərvətlə 5-ci pillədə yer alan həmyerlimiz "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov 2017-ci ildə sərvətini 16,4 mlrd. dollara çatdıraraq 4-cü pilləyə yüksəlib. Qeyd edək ki, Ələkbərov həm "Lukoil" şirkətinin prezidenti, həm də səhmdarıdır (23%). İl ərzində sərvətini artıra bilməyən Gennadi Timçenko reytinqin 5-ci pilləsindədir. Qeyd edək ki, Mixelson kimi Timçenko da "Sibur" neft-kimya kompleksinin səhmdarıdır.
Vahid Ələkbərovla yanaşı digər həmyerlilərimiz də həmişə olduğu kimi reytinqdə yer alıblar. Belə ki, Rusiyanın “daşınmaz əmlak kralları”ndan hesab olunan Zarax İliyev və Qod Nisanov 3,3 mlrd. dollarla 36 və 37-ci pillələri paylaşıb. "Crocus Group" şirkətlər qrupunun təsisçisi və rəhbəri Araz Ağalarov 2007-ci ildə sərvətini 1,8 mlrd. dollara çatdıraraq 54-cü pillədə yer alıb. Fərhad Əhmədovun sərvəti isə dəyişməyib. Bununla o, 1,4 mlrd. dollarlıq sərvətlə 67-ci pillədən 69-cu pilləyədək geriləyib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 5 saat sonra
-
- 8 d. əvvəl
-
10 d. əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
1 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 4 saat əvvəl
-
23 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
400 milyard dollarlıq meqasaziş müzakirə olunur
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Ən çox oxunanlar
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu

























