İcbari Tibbi Sığorta Agentliyinə böyük məbləğdə pul ayırdı

Prezident İlham Əliyev, "İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Fərman imzalayıb.
Fərman ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə qərara alınıb.
"Marja" xəbər verir ki, Fərmanda deyilir:
-İcbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.
-“Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilsin.
-Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 (bir milyon beş yüz altmış min) manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 (on altı milyon yeddi yüz altmış min) manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.
Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı
Sıra №-si | Tədbirin adı | İcraçılar | İcra müddəti |
| Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ayrılmış maliyyə vəsaitləri nəzərə alınmaqla pilot layihənin büdcəsinin təsdiq edilməsi | Agentlik | 1 mart 2018-ci il tarixinədək |
| Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsinə keçid | Agentlik | 1 aprel 2018-ci il tarixinədək |
| Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsi | Agentlik | pilot layihə müddəti ərzində |
| Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının nizamnamələrinin təsdiq edilməsi, publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi, onların strukturunun optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə, əsasında yaradılması və s.), müasir tələblər nəzərə alınmaqla səlahiyyətlərinin genişləndirilməsi | Agentlik, Vergilər Nazirliyi | 1 mart 2018-ci il tarixinədək |
| Ağdaş rayonunun inzibati ərazisində ilkin səhiyyə xidmətləri göstərən tibb təchizatçılarının fəaliyyətinin təkmilləşdirilməsi, həmin tibb təchizatçılarının maddi-texniki və kadr potensialının gücləndirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi
| Agentlik | 1 iyun 2018-ci il tarixinədək |
| Ağdaş rayonunun inzibati ərazisində təcili və təxirəsalınmaz tibbi yardımın (bundan sonra – TTTY) gücləndirilməsi, o cümlədən maddi-texniki bazasının yaxşılaşdırılması, TTTY postlarının ərazi üzrə yerləşməsinin optimallaşdırılması, habelə Agentliyin tabeliyində olan tibb təchizatçısının ərazisində stasionar TTTY xidmətinin təkmilləşdirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi | Agentlik | 1 iyun 2018-ci il tarixinədək |
| Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçıları üçün elektron informasiya sistemlərinin (proqram təminatı, rabitə və təhlükəsizlik sistemlərinin) qurulması, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin sistemlərin təkmilləşdirilməsi | Agentlik | 1 iyun 2018-ci il tarixinədək |
| Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın pilot layihə çərçivəsində elektron qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə elektron portalın yaradılması | Agentlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 1 iyun 2018-ci il tarixinədək |
| Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində elektron portalın fəaliyyətinin təmin olunması üçün işlərin davam etdirilməsi | Agentlik, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | pilot layihə müddəti ərzində |
10. | Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə üzrə maliyyə xərclərinin təhlili və bu barədə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirliklərinə məlumat verilməsi
| Agentlik |
hər rüb üzrə
|
11. | Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin nəticə və göstəricilərinə əsasən icbari tibbi sığortanın 2019-cu ildə ölkə miqyasında tətbiqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Agentlik, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
| 1 sentyabr 2018-ci il tarixinədək |
12. | Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının hesabatlılığının gücləndirilməsi və tibbi statistik məlumatların tamlığının təmin edilməsi | Agentlik | pilot layihə müddəti ərzində |
13. | Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun keyfiyyət indikatorlarının tətbiq edilməsi və tibbi statistik məlumatların həmin indikatorlara uyğun işlənilməsi | Agentlik | pilot layihə müddəti ərzində |
14. | Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi | Agentlik | pilot layihə müddəti ərzində |
15. | Pilot layihənin yekunlarına dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi | Agentlik | 1 mart 2019-cu il tarixinədək |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
-
9 saat əvvəl
Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik
Son Xəbərlər

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

"Məramımız, məqsədimiz birdir" - MƏTBUATA BƏYANATLAR

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
Ən çox oxunanlar

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
