Yeni şirkətin təsis olunması barədə razılıq əldə olundu

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək.
Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub.
"Marja" SOCAR-a istinadən xəbər verir ki, Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın Albgaz şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanmışdır. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirilib.
Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov və Albgaz şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalamışlar.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanmış, Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilmişdir. Həmin dövrdən indiyədək Avropa Birliyi, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və Enagas şirkəti kimi digər maraqlı tərəflərlə yanaşı SOCAR-ın yüzfaizli törəmə şirkəti olan “SOCAR Balkan” şirkəti Albaniyanın qazlaşdırılması planında əsasən məsləhətçi qismində iştirak edir, həmçinin Balkan ölkələrində Azərbaycanın qaz ixrac strategiyasının tətbiqi istiqamətində işlər aparır. 2017-ci ilin yanvar ayında Albaniyanın qazlaşdırılmasına dair aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticəsində Fier və Vlora şəhərləri arasında qaz boru kəmərinin inşa edilməsinin zərurət olduğu müəyyənləşdirilmişdir. Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin uzunluğu təxminən 40 km, illik ötürücü gücü, ilkin olaraq, 1 milyard m3 təşkil edəcək.
Digər imzalanan niyyət məktubu İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni bir şirkətin təsis edilməsi ilə bağlıdır. SOCAR-ın texniki məsləhətçi qismində dəstəklədiyi İAP layihəsi TAP boru kəmərini Xorvatiyanın qazpaylayıcı sistemi ilə calaşdıraraq, Cənubi-Şərqi və Mərkəzi-Şərqi Avropa istiqamətlərində təbii qazın ötürülməsi üçün şərait yaradacaq. İnşası Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada isə 167 km uzunluğunda planlaşdırılan İAP layihəsi Balkan ölkələrinə ümumilikdə 5 milyard m3 həcmində təbii qaz nəqli üçün şərait yaradacaq. İAP layihələndirmə şirkətinin təsis olunmasına dair niyyət məktubunu Albaniyanın Albgaz şirkətinin icraçı direktoru Gençi Gjeçi, Monteneqronun Monteneqro Bonus şirkətinin icraçı direktoru Aleksandr Kaçelan və Xorvatiyanın Plinacro şirkətinin idarə heyətinin üzvü Daria Kristiçeviç imzalamışlar.
“SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov demişdir:
“Bir çox Avropa Birliyi və Balkan ölkələri öz daxili enerji təminatında təbii qazın payını artırmağa, Cənub Qaz Dəhlizi timsalında Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. Bu həm də ona görədir ki, təbii qaz ətraf mühit üçün ən zərərsiz karbohidrogen yanacaq növüdür. Bu marağın reallaşması üçün həmin ölkələrdə mövcud olmayan və ya hələ lazımi səviyyədə inkişaf etdirilməmiş qaz infrastrukturunun inşası və genişləndirilməsi tələb olunur. Bu gün təməli qoyulan bu layihələr Azərbaycan qazının ixrac istiqamətlərini şaxələndirərək, həm Azərbaycanın kommersiya maraqlarına, həm də idxalçı ölkələrin enerji təhlükəsizliyinə xidmət edəcək.”
İAP layihəsi Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP boru kəmərindən təbii qazın Balkan ölkələrinin ərazisi üzrə Avropanın müxtəlif ölkələrinə paylanması məqsədi ilə həyata keçirilir. Fier-Vlora boru kəməri isə Albaniyanın qazlaşdırılması çərçivəsində planlaşdırılır. Cənub Qaz Dəhlizi 3500 km uzunluğunda olan, iki qitə və 6 ölkə üzərindən təbii qazın Avropaya qədər nəqlinə imkan verən unikal meqalayihədir. Cənub Qaz Dəhlizi dörd əsas hissədən- “Şahdəni”z qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşasından ibarətdir. SOCAR Cənub Qaz Dəhlizinin bütün həlqələrində Azərbaycan dövlətini təmsil edir. Xatırladaq ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihələri artıq bu il başa çatdırılaraq, istismara veriləcək.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
18 saat sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
7 saat əvvəl
Azərbaycan məhsulu Dünyanın nüfuzlu müsabiqəsində qızıl medala layiq görülüb
-
2 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
-
3 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
3 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
3 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 4 gün əvvəl
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

m10 yenilənir!
Ən çox oxunanlar

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
