Azərbaycanda iki qurumun sığorta statistikası fərqlənir
İcbari Sığorta Bürosunun (İSB) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) icbari sığorta bazarındakı yığımlarla bağlı açıqladığı statistik göstəricilər fərqlənir.
Məsələn, İSB-nin məlumatına görə, Azərbaycanın sığorta şirkətləri 2017-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 1 154 977 standard və sərhəd sığorta müqaviləsi bağlayıblar. Bu müqavilələrin hesabına 89 740 363 manat sığorta haqqı toplanılıb.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | ||
Hesabat dövrü | Standart və sərhəd sığorta müqavilələrinin sayı | Sığorta haqları (manatla) |
Yanvar | 59 087 | 4 633 704 |
Fevral | 64 123 | 5 088 747 |
Mart | 92 362 | 7 126 925 |
Aprel | 107 989 | 7 979 730 |
May | 106 357 | 7 717 187 |
İyun | 133 148 | 10 922 647 |
İyul | 132 491 | 10 343 618 |
Avqust | 114 555 | 8 833 587 |
Sentyabr | 86 186 | 6 834 654 |
Oktyabr | 96 040 | 7 635 989 |
Noyabr | 84 898 | 6 666 001 |
Dekabr | 77 741 | 5 957 574 |
Cəmi | 1 154 977 | 89 740 363 |
Sığortaçılar ötən il ölkə xaricinə maşınla gedənlərə isə 33 814 "Yaşıl Kart" satıblar və bunun hesabına 2 125 724 manat sığorta haqqı toplayıblar.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | ||
Hesabat dövrü | "Yaşıl Kart" müqavilələrinin sayı | Sığorta haqları (manatla) |
Yanvar | 1 376 | 119 295 |
Fevral | 1 476 | 108 254 |
Mart | 2 328 | 153 873 |
Aprel | 1 470 | 107 589 |
May | 2 604 | 166 488 |
İyun | 3 026 | 175 731 |
İyul | 4 951 | 319 490 |
Avqust | 5 662 | 266 946 |
Sentyabr | 3 045 | 211 174 |
Oktyabr | 2 954 | 192 183 |
Noyabr | 2 674 | 184 240 |
Dekabr | 2 248 | 120 461 |
Cəmi | 33 814 | 2 125 724 |
Beləliklə AVSMMİS üzrə illik daxilolmalar 91 866 067 manat təşkil edib. MBNP isə bu rəqəmin 92 604 047 manat olduğunu bəyan edir. Göründüyü kimi arada 737 980 manatlıq fərq var.
Bundan başqa, İSB bəyan edib ki, 2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına dair 101 843 müqavilə bağlanılıb və 26 562 158 manat sığorta yığımı olub.
Daşınmaz əmlakın icbari sığortası | ||
Hesabat dövrü | Müqavilələrin sayı | Sığorta haqları (manatla) |
Yanvar | 7 535 | 2 557 636 |
Fevral | 6 329 | 1 265 386 |
Mart | 5 588 | 1 861 363 |
Aprel | 8 043 | 1 373 234 |
May | 6 544 | 2 384 470 |
İyun | 7 036 | 2 808 636 |
İyul | 8 076 | 1 282 916 |
Avqust | 9 326 | 2 080 459 |
Sentyabr | 11 461 | 2 488 303 |
Oktyabr | 10 929 | 2 207 063 |
Noyabr | 11 335 | 3 397 625 |
Dekabr | 9 641 | 2 855 067 |
Cəmi | 101 843 | 26 562 158 |
MBNP-nin açıqladığı statistikada isə bu göstərici 1 366 223 manat çox - 27 928 381 manat göstərilir.
© Renkinq
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
10 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
10 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
11 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























