Geyim nəhənginə dünyadan böyük reaksiya
H&M-in İngiltərədə fəaliyyət göstərən onlayn alış-veriş saytında qaradərili bir uşağın geyinərək təqdim etdiyi köynək üzərindəki mesaj səbəbilə irqçilikdə günahlandırılıb.
İsveçin geyim nəhəngi H&M, internet saytında satılan və qara bir uşağın geyindiyi köynəyin üzərində "meşənin ən cəlbedici meymunu" ("Coolest monkey in the jungle") yazması ilə əlaqədar olaraq irqçilikdə günahlandırılıb.
"Marja" xəbər verir ki, ilk olaraq görüntü "New York Times"in qaradərili yazarı Charles M. Blow-un diqqətini çəkib. O, sosial mediada H&M-i hədəf alaraq "ağlınızı itirmisiniz?" mesajını paylaşıb.
Qısa müddət sonra H&M şirkəti, başda sosial media olmaqla bir çox insan tərəfindən "topa tutulub" və irqçilik etdikləri səbəbilə də ağır tənqidlərə məruz qalıb.
H&M şirkəti məsələ ilə bağlı "New York Daily News"a bəyanat verib.
Açıqlamada, "Görüntü bütün H&M saytlarından silinib. İnciyən şəxslərdən üzr istəyirik",- deyilib.
Mütəxəssislər fotonun marketinq komandalarından necə keçdiyinin və bütün dünyada istifadə edildiyinin sorğu-sual edilməsi lazım olduğuna diqqət çəkirlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








