Palladyumun qiyməti rekord səviyyəyə yaxınlaşıb
2017-ci ilin ən çox bahalaşan əmtələrindən biri olan palladyumun qiyməti 17 il əvvəl çatdığı rekord səviyyəyə yaxınlaşıb.
"Marja" xəbər verir ki, palladyumun bahalaşması təklifin azalması və dolların ucuzlaşması ilə bağlıdır.
Bu gün spot bazarda (nağd bazar) palladyum 2 faiz bahalaşaraq unsiyası 1107.90 dollara qədər qalxaraq 2001-dən bu yana ən yüksək səviyyəsinə yaxınlaşıb. Palladyum 2001-də 1125 dollar ilə tarixinin ən yüksək səviyyəsini görmüşdü.
"Nymex" birjasında palladyum fyuçers müqavilələri isə 1101.7 dollara qədər çıxaraq tarixinin ən yüksək səviyyəsinə qalxdıqdan sonra 1094.75 dollara gəlib.
Spot palladyum 2017-ci ildə 56 faiz bahalaşıb.
Spot bazar - əmtələrin anında təslim prinsipi və bazar qiyməti üzərindən əl dəyişdirdiyi bazar üçün istifadə edilir. "Nağd bazar" olaraq da bilinir. Forvard və fyuçers bazarlarının əksinə spot bazarlarda çox qısa müddətdə ödəniş və fiziki təhvil baş verir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 10 d. əvvəl
-
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























