Katalonyadakı parlament seçkisini separatçılar qazandı
İspaniyanın Kataloniya Muxtar Bölgəsindəki parlament seçkilərində separatçı partiyalar (müstəqillik tərəfdarları) hökumət qurmaq çoxluğunu təmin edə biliblər.
"Marja" xəbər verir ki, Kataloniya Muxtar Bölgəsində, birtərəfli müstəqillik elanından sonra mərkəzi hökumətin buraxdığı 135 üzvlü yerli parlamentin yeni üzvlərini təyin etmək üçün seçki keçirilib.
Seçkinin nəticəsinə görə, separatçılardan Kataloniya Avropa Demokrat Partiyası (PDeCAT) ilə Kataloniya Demokratik Uyğunlaşma Partiyasının (CDC) yaratdığı "Kataloniya Üçün Birlikdə Koalisiya" 34 (21,68 faiz), Kataloniya Respublikaçı (ERC) 32 (21,41 faiz) və Xalq Birliyi Namizədliyi Partiyası (CUP) 4 deputat (4,45) yeri təmin edib.
Müstəqillik tərəfdarları hökumət qura bilər
Müstəqillik tərəfdarları 70 kreslo əldə edib və hökuməti qurmaq üçün minimum say olan 68-i keçib. 2015 seçkilərində 72 yer əldə edən separatçı partiyalar, güc itirsə də hakimiyyəti saxlamağı bacarıb.
Nəticə, müstəqillik elanından sonra vəzifəsindən azad edilən, haqqında həbs qərarı çıxarılan Kataloniya Üçün Birlikdə Koalisiya lideri və keçmiş rəhbər Carles Puigdemonta yenidən prezidentlik yolu açılıb. Qaçdığı Belçikadan İspaniyaya dönməsi vəziyyətində haqqında həbs qərarı olan Puigdemontun, ölkəyə qayıdıb qayıtmayacağı bu mərhələdə bilinmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 8 saat sonra
- 22 d. əvvəl
-
- 44 d. əvvəl
-
54 d. əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 1 saat əvvəl
-
20 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Ən çox oxunanlar
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























