"Bütün pullarınızı itirməyə hazır olun"
İngiltərədə maliyyə sektorunu tənzimləyən və nəzarət edən Maliyyə Xidmətləri İdarəsinin (FSA) Baş direktoru Andrew Bailey, Bitcoin-ə investisiya qoyanlara "bütün pullarınızı itirməyə hazır olun" xəbərdarlığını edib.
Bu ilin əvvəlində dəyəri 1000 dollar olduğu halda, bu dəqiqələrdə 17 min dollardan əməliyyat olunan Bitcoin, son vaxtlar bütün dünyanın ən çox danışdığı məsələlər arasında yer alır.
Bitcoin bəziləri tərəfindən "rəqəmsal qızıl" adlandırılır.
"Marja" xəbər verir ki, bəzi investor, iqtisadçı və dövlət rəsmiləri, Bitcoin və arxasında "yatan" blockchain (blok zənciri) texnologiyasını qəbul edərkən, bəziləri isə bunu sərt bir dillə tənqid edir.
BBC-nin "Newsnight" proqramında danışan İngiltərənin Maliyyə Xidmətləri İdarəsinin (FSA) Baş direktoru Andrew Bailey də, nə mərkəzi bankların, nə də hökumətlərin bu pul vahidinin arxasında olmadığını, buna görə Bitcoin-ə investisiya qoyuluşunun təhlükəli olduğunu bildirib.
"BU BİR PUL VAHİDİ DEYİL"
Bailey, Bitcoin satın almağın qumar oynamağa bənzədiyini, eyni riskə malik olduğunu deyib.
"Bu bir pul vahidi deyil, tənzimlənmir. Qiyməti çox oynaqdır. Mən Bitcoin almağı düşünənlərə xəbərdarlıq edirəm. Əgər Bitcoin-ə investisiya qoymaq istəsəniz bütün pulunuzu itirməyə hazır olun. Bu mənim ən ciddi xəbərdarlığımdır".
Eyni şəkildə Amerika Mərkəzi Bankının sədri Janet Yellen də Bitcoinin spekulyativ olduğunu bildirmişdi.
Fed sədri, "Bitcoin hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır",- deyib.
Yellen, "Fed, hazırda rəqəmsal pul vahidini ciddi şəkildə qiymətləndirmir, amma mümkün faydalarını araşdırır" - deyib.
Yellen qeyd edib ki, Bitcoin çirkli pulların yuyulmasında istifadə edilə bilər. O xatırladıb ki, bankların bu məsələdə öhdəlikləri var.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)







