Özünə inam necə yaradılır?
Özünə inam niyə bu qədər vacibdir? Çünki o sizə cəsarət, özünə hörmət və təşəbbüskarlıq bəxş edir. Özünüzə inandıqda riskə getməkdən və yeni şeylər sınamaqdan qorxmazsınız. Özünə inam xoşbəxt və uğurlu bir həyat üçün vacibdir və bir çox insanın digər insanlarda gördüyü zaman təqdir etdiyi bir xüsusiyyətdir.
Özünüzə inandıqda insanların sizin haqqınızda düşündüklərinin və söylədiklərinin heç bir əhəmiyyəti olmur. Bu da daha dinc bir həyat üçün şərait yaradır. Bir çox insan bu xüsusiyyətə anadangəlmə sahib olur. Ancaq, siz bu xüsusiyyəti həmişə şüurlu şəkildə formalaşdıra bilərsiniz. Həyatınızda baş verən bəzi hadisələr onu itirməyinizə səbəb olsa da, düşüncə tərzini və həyat haqqında baxışlarınızı dəyişərək özünə inamı yenidən qaytara bilərsiniz.
Özünə inamı necə yaratmaq olar?
Bunun üçün aşağıdakı qısa yolları istifadə edə bilərsiniz:
1. Həyatınızda əvvəllər etdikləriniz haqqında düşünün.
Əksər hallarda müvəffəqiyyətsizlik və bədbəxtliklər yaşasanız belə, bu siyahıda mütləq bir neçə uğur da olmalıdır. Bunların böyük uğurlar olması vacib deyil; məktəbdə və ya universitetdə yüksək nəticələr qazanmaq, işdə vəzifənizin yüksəlməsi, qonşularınızla yaxşı münasibətdə olmaq, sürücülük vəsiqəsi almaq və yaxud üzməyi öyrənmək kimi olduqca sadə şeylər ola bilər.
Bunları düşünmək həyatınızda təkcə uğursuzluqların deyil, uğurlu təcrübələrin də olduğunu anlamağınıza səbəb olacaq. Bu isə özünüz və həyatınız haqqında daha yaxşı düşünməyinizə kömək edəcək və özünə inamı artıracaq.
2. Edə bilmədikləriniz və bacarmadıqlarınza deyil, bacardıqlarınıza və uğurlarınıza fokuslanın.
Zehninizi niyə uğursuzluq ssenariləri ilə doldurursunuz? Uğursuzluq haqqında düşünməyə davam etsəniz, onu cəzb edəcəksiniz, bu isə özünüzə inamınızı itirməyə səbəb olacaq. Zehninizdəki neqativ məzmunlu filmi dəyişdirin və özünüzü həqiqətən olmaq istədiyiniz yerdə, arzuladığınız həyatı yaşayarkən təsəvvür edin. Müsbət düşüncələrlə hərəkət etsəniz, uğur qazanacaqsınız.
3. Uğurlarınızın siyahısını hazırlayın.
Özünüzə inamınızı artırmaq üçün bir addım da atın; uğurlarınızın siyahısını hazırlayın və tez-tez bu siyahıya nəzər salın. Heç uğur qazanmadığınızı düşünürsünüzsə, yanılırsınız. Ola bilər ki, heç də böyük uğurlar qazanmamısınız, ancaq mütləq ki bəzi uğurlar qazanmısınız. Hətta yaxşı keks bişirmək, həyat yoldaşınız və ya uşaqlarınızla yaxşı münasibətdə olmaq, demək olar ki, hər gün açıq havada yerimək də bir uğurdur.
4. Bacarıq və qabiliyyətləriniz haqqında düşünün.
Hər gün bacarıq və qabiliyyətləriniz haqqında düşünmək üçün vaxt ayırın və onları inkişaf və istifadə etməyin yollarını tapmağa çalışın. Heç bir qabiliyyət və bacarığınız olmadığını söyləməyin. Hər kəsin ən azı bir qabiliyyəti var. Sizə onları tapmaq qalır.
5. İradənizi gücləndirin.
Özünə inam əskikliyi iradəsizliklə birlikdə çıxış edir. Zehninizi gücləndirdikdə özünüzə inamınız da artacaq. Güclü iradə daha çox təşəbbüskarlıq, daha çox özünə hörmət və özünə inam deməkdir.
6. Kiçik və sadə hədəflər təyin edin.
Çata biləcəyiniz kiçik, sadə hədəflər təyin edin və onlara çatmaq üçün hərəkətə keçin. Bu inamınızı artıracaq. Şkafınızı təmizləmək və nizamlamaq, dostlarınızı evinizə dəvət etmək, üzməyi öyrənməyə başlamaq və yaxud bir günlük tətil etmək və əylənmək kimi həqiqətən kiçik hədəflərdən söhbət gedir.
7. Pozitiv münasibət formalaşdırın.
Mənfi hadisələrə yönəlmək və hər şeyin ən pisini düşünmək əvəzinə, müsbət şeylərə fokuslanın və müsbət nəticələr gözləyin. Bununla yanaşı, zehni vərdişlərinizi dəyişdirə və pozitiv münasibət formalaşdıra bilərsiniz. Zehininizdən və lüğətinizdən bütün mənfi sözləri çıxarmağa çalışırsınızsa, söhbət zamanı onlardan istifadə etməmək buna kömək edəcək.
8. Öz-özünüzlə motivasiya xarakterli söhbətlər aparın.
Zehninizdə gəzişən mənfi fikirləri aradan qaldırın. Güclü olun və özünüz və həyatınız haqqında zehininizdə yarana biləcək mənfi düşüncələrə icazə verməyin. Zehininizdə nə baş verdiyini anlamalı, neqativ daxili nitqlərə şərait yaratmamalısınız.
Bu məsləhətlər özünüzə inanmağınıza kömək edəcək. Bəzi hallarda bunlar kifayət etməyə bilər. Həddindən artıq özünə inam əksikliyi hiss etdikdə, bunun səbəbini tapmağa kömək edəcək konsultant və yaxud psixoloq kimi professionallara müraciət etməlisiniz.
Özünüzə inamı artırmaqdan ötrü həm də professional artıma vaxt ayırmalısınız. Bu yolda www.readit.az sizə yardımçı olmaqda qürur duyur.
P.s. Elə indi profesional artımda ilk addımınızı atın. Əgər hələ də “Yüksək effektli insanların 7 vərdişi” kitabını oxumamısınızsa, qısa məzmunu oxuyun və özünüzdə effektiv vərdişləri formalaşdırın.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
20 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















