Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“CISCO” rabitə avadanlığı və lisenziyaların satın alınması TENDERİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“CISCO” rabitə avadanlığı və lisenziyaların satın alınması TENDERİ

Tender 1 lot üzrə keçirilir.

 

Lot – 1. Bank tərəfindən “CISCO” rabitə avadanlığı və lisenziyaların satın alınması

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

İştirak haqqı- 100 manat

BANKIN ADI:        Azərbaycan Beynəlxalq Bankı

VÖEN :                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h: AZ03NABZ01350100000000002944

H/h:                AZ12IBAZ34501019440000100100    AZN

H/h:                AZ33IBAZ34511018400000100100    USD  

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: emin.ibrahimov@ibar.az) ala bilərlər.

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

 

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

 

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

 

-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (30 noyabr 2017-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 17 yanvar 2018-ci il tarixinədək) qüvvədə olmalıdır);

 

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 27 fevral 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

 

- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

 

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 

-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

 

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

 

- iddiaçı istehsalçı ilə rəsmi partnyor münasibətlərini təsdiqləyən, cari akkreditasiya səviyyəsi üzrə CISCO səlahiyyətini təqdim etməlidir;

 

- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 29 noyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 30 noyabr 2017-ci il saat 11.30-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

 

08.11.2017 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

Son Xəbərlər

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ