“FINCA Azerbaijan” iflasın astanasında! - YENİLƏNİB
“FINCA Azerbaijan” Qeyri- Bank Kredit Təşkilatı 2016-cı ili 38 milyon 661 min manat zərər ilə başa vurub.
"Marja" təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. Təşkilat 2015-ci ilin yekunları üzrə 13 milyon manat zərər açıqlamışdı.
Diqqəti cəlb edən, zərərlər ilə əlaqədar olaraq “FINCA Azerbaijan”ın kapitalının mənfiyə düşməsidir. 2016-cı ilin sonunda təşkilatın defisit kapitalı 11 milyon 711 min manat olub.
"Finca Azərbaycan" 2014-cü ilin sonunda 40 milyon manat, 2015-ci ilin sonunda isə 26 milyon 950 min manat kapitala malik idi.
31 Dekabr 2016-ci il tarixində “FINCA Azerbaijan”ın 87 milyon 216 min manat cəmi aktivləri olduğu halda öhdəlikləri 98 milyon 927 min manat təşkil edib. Bu, iqtisadi mənada iflas deməkdir. Sadə şəkildə qeyd etsək, kredit təşkilatının borcu alacağından çoxdur.
“FINCA Azerbaijan” müştərilərə verdiyi kreditlərə görə böyük zərərə düşüb. Gecikmədə olan kreditlərə görə, təkcə keçən il, 47 milyon 632 min manat ehtiyatlara ayrma nəzərdə tutulub. Lakin təşkilatın 13 milyon 778 min manat xalis faiz mənfəəti ehtiyata ayırmanı təmin edə bilməyib. Nəticədə təşkilatın 33 milyon 854 min manat faiz zərəri yaranıb. Əməliyyat, inzibati və digər xərclərdə üstə gəlindikdə zərər 38 milyon manatı keçib və şirkətin kapitalını silib.
“FINCA Azerbaijan”nın faiz gəlirləri 2015-ci illə müqayisədə 2 dəfə azalaraq 63 milyon 89 min manatdan 31 milyon 237 min manata düşüb.
"FİNCA"DAN MÜNASİBƏT
“FINCA Azerbaijan” 2016-cı ilin maliyyə hesabatına münasibət bildirib.
Təşkilatdan "Marja"ya bildirilib ki, 2017-ci ilin Mart ayından kapitaldakı kəsir aradan qaldırılıb və hazırda kapital müsbət zonadadır:
“FINCA Azerbaijan” Qeyri- Bank Kredit Təşkilatı 2016-cı ilin çətin bir dövr olacağını öncədən hesablamışdı. Beləki, 2015-ci ilin sonunda ölkədə manatın ikinci dəfə devalvasiyasından sonra digər maliyyə institutları kimi “FINCA Azerbaijan” Qeyri-Bank kredit təşkilatı da bəzi çətinliklərlə üzləşməyə başladı. 2016-cı ildə Təşkilat əsas diqqətini xərclərin optimallaşdırılması və zamanla devalvasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində qurmuşdur ki, bu da Təşkilatın 2016-cı ili zərərlə başa vurmasıyla nəticlənmişdir.
Təşkilat 2017-ci ildə iqtisadi adaptasiya prosesinin sona çatması və əsas diqqəti səmərəliliyin artırılması istiqamətində cəmləşdirməklə xərclərini əhəmiyyətli dərəcədə azaltmış və gəlirlərini artırmışdır.
“FINCA Azerbaijan” hesab edir ki, mürəkkəb dövr artıq geridə qalıb və biznes fəaliyyətinin yenidən yüksəlməsi sayəsində 2018-ci ildə müsbət artımlar olacaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
31 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 38 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"























