970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama. Nazirlik: Fermerlərə subsidiyalar tam ödənilib, problem pambıq şirkətləri ilə bağlıdır. Pambığın pulunu ala bilməyən fermerlərə məhkəməyə müraciət etmək tövsiyə olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Son günlər ayrı-ayrı fermerlər tərəfindən bəzi pambıq tədarükçüsü şirkətləri tərəfindən təhvil alınmış pambıq məhsulunun dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə yenidən müraciətlər yayımlanır.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, həmin pambıq istehsalçılarının bir qismi yenidən Nazirlikdə qəbul edilib, müraciətlərində qaldırılan məsələlər dinlənilib və yaranmış vəziyyətlə bağlı ətraflı izahat verilib. Görüş zamanı pambıq tədarükü prosesində tərəflərin hüquq və öhdəlikləri, dövlət subsidiyasının ödənilməsi mexanizmi və problemin hüquqi həlli yolları barədə məlumat təqdim olunub:

Reklam_3_11

"Qeyd olunan məsələlərlə əlaqədar bir daha bildiririk ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir.

Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.

Qeyd edirik ki, dövlət tərəfindən pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.

Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında həyata keçirilir.

Daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətə və bu şirkətə pambıq təhvil vermiş fermerlərə 2025-ci ildə istehsal etdikləri pambıq məhsulu üçün məhsul subsidiyası Nazirlik tərəfindən tam olaraq ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.

Bildiririk ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər.

Bildiririk ki, müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.

Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir".

pambıq istehsalçıları pambıq fermerləri pambıq tədarükçüsü şirkətlər fermerlərin şikayətləri pambığın pulunun ödənilməməsi Kənd Təsərrüfatı Nazirliyi pambıq subsidiyası 2025-ci il pambıq subsidiyaları Aqrar Kredit və İnkişaf Agentliyi AKİA müqaviləli əkinçilik Contract Farming pambıq tədarükü fermerlərə borclar kənd təsərrüfatı fermerlərin hüquqları pambıq şirkətləri
13.11.2026 10:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19