Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
Dünyaca məşhur restoran şəbəkəsi Sumqayıtda: Burger King Bakıdan kənara çıxıb – İlk restoranını Sumqayıtda açıb. Burger King Azərbaycanda 9-cu restoranını istifadəyə verib.Dünyanın aparıcı sürətli xidmət restoran şəbəkələrindən biri olan Burger King Azərbaycanda fəaliyyətini genişləndirməyə davam edir. Brend ölkədə sayca 9-cu, Bakıdan kənarda isə ilk restoranını Sumqayıt şəhərində istifadəyə verib.
Sumqayıt şəhəri, Bakı küçəsi, giriş 34, Bakı Plaza ünvanında yerləşən yeni restoran müasir dizaynı, rahat interyeri, özünəxidmət köşkləri və geniş menyusu ilə qonaqlarını qarşılamağa başlayıb.
Burger King-in dünyada milyonlarla insan tərəfindən sevilən, açıq alovda bişirilən əfsanəvi Whopper burgeri və digər məşhur məhsulları artıq Sumqayıt sakinləri üçün də əlçatandır.
Şirkətin yerli nümayəndəliyindən bildirilib ki, Sumqayıt restoranının açılışı Burger King-in Azərbaycandakı uzunmüddətli inkişaf strategiyasında mühüm mərhələdir:
“Sumqayıtda ilk restoranımızın açılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Məqsədimiz Burger King təcrübəsini daha çox insana çatdırmaq, qonaqlarımıza yüksək keyfiyyətli məhsullar, sürətli xidmət və rahat mühit təqdim etməkdir. Açılışımıza Sumqayıt sakinlərinin göstərdiyi böyük maraq bizi sevindirdi və gələcək inkişaf planlarımıza olan inamımızı daha da gücləndirdi.”
Burger King Azərbaycanda restoran şəbəkəsinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib. Şirkət qarşıdakı dövrdə həm Bakıda, həm də ölkənin digər şəhərlərində yeni restoranlar açaraq daha çox qonağa xidmət göstərməyi planlaşdırır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
13 d. əvvəl
Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
- 34 d. əvvəl
-
39 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
"Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib


























