970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır

Maaş müqavilədəki məbləğdən az ödənilirsə, elektron sistem bunu aşkarlaya biləcək
AzVak-mobil_resmin_ustu_31
Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əməkhaqqı və digər ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən ötürülən məlumatlar əsasında Mərkəzi Bankın müəyyən etdiyi elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcək:

“Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək.

Bu mexanizmin həm də əsas üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənə biləcək. Nəticədə əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissənin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq. Bununla yanaşı nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır, həm də əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər qanunvericilikdə nəzərdə tutulan tutulmalar, eləcə də şəxsin gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış imkanının yaradılmasını nəzərdə tutur. Eyni zamanda, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşmasına, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edir. Təklif edilən dəyişikliklər əmək münasibətlərində rəqəmsal nəzarət modelinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcəkdir”, - o vurğulayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

əməkhaqqının gizlədilməsi maaş ödənişlərinə elektron nəzarət əməkhaqqının gecikdirilməsi faktiki əməkhaqqı əmək müqaviləsi işçinin bank hesabı seçimi elektron ödəniş sistemi orta əməkhaqqının hesablanması Zaur Əliyev Milli Məc
11.11.2026 12:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19