Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
Azərbaycanda vergi yığımları 1,7 milyard manat artdı – 10 aylıq nəticələr. Vergi daxilolmaları 16 milyard manatı keçdi – Proqnoz 1,3 milyard manat üstələndi2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 274,2 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 686,8 milyon manat və ya 11,7 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11 milyard 776,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 297,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 364,6 milyon manat və ya 13,1 faiz artıb.
2026-cı ilin yanvar – oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 849,3 milyon manatdan çox olub, proqnozdan əlavə 20,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 570,9 milyon manata yaxın təşkil edib.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
26 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
30 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 32 d. əvvəl
-
33 d. əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 44 d. əvvəl
-
56 d. əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
1 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir


























