Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir

7 ölkədən 14 sənətkar Bakıda bir araya gəlib – Poladdan sənət əsərləri yaradılıb. Bakıda qeyri-adi sərgi açılıb – Qafqazın vəhşi heyvanları poladdan hazırlanıb.
AzVak-mobil_resmin_ustu_31
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Baku Steel Company” QSC (bundan sonra – BSC) Bakıda Qafqazın “Böyük Beşliyi”nə həsr olunmuş “Baku Steel Art 2026” sərgisini təqdim edib. Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.

Sərgidə BSC tərəfindən QGallery-nin təşkilati dəstəyi ilə keçirilmiş üçüncü “Baku Steel Art 2026” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri nümayiş olunur.

Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan 14 sənətkarı bir araya gətirib. İki həftə ərzində BSC-nin istehsalat sahəsi onların ortaq yaradıcılıq emalatxanasına çevrilib. Şirkətin polad məhsullarından hazırlanan kompozisiyalarda hər bir müəllif Qafqaz təbiətini özünəməxsus bədii dillə ifadə edib.

“Böyük Beşlik” Qafqaz faunasının beş nümayəndəsini – ceyranı, Qafqaz bəbirini, qonur ayını, boz canavarı və şah qartalını əhatə edir. Sənətkarlar bu obrazlar vasitəsilə insanla təbiət arasındakı münasibətləri araşdırırlar. Burada poladın möhkəmliyi ilə canlı aləmin kövrəkliyi arasındakı təzad biomüxtəlifliyin qorunması üçün daşıdığımız məsuliyyəti xatırladır.

Sərgi 2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda keçirilən “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində açılıb.

Açılış mərasimində “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva kimi fəxri qonaqlar, eləcə də “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalının iştirakçıları və qonaqları iştirak ediblər.

Baku Steel Art simpoziumları 2024-cü ildən keçirilir. BSC-nin metallurgiya təcrübəsini sənətkarların bədii baxışı ilə birləşdirən layihə sənaye ilə incəsənətin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Beləcə, zavodda istehsal olunan polad şəhərin mədəni mühitinin bir hissəsinə çevrilir.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti sektoru, infrastruktur layihələri və sənaye üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Baku Steel Company Baku Steel Art 2026 BSC Bakı sərgisi Bakıda incəsənət sərgisi beynəlxalq metal simpoziumu polad heykəllər Qafqazın Böyük Beşliyi QGallery Baku Art Weekend Leyla Əliyeva Arzu Əliyeva Daş Salnamə Muzeyi Bakı bulvarı metallurgiya sənayesi
03.11.2026 12:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19