970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”

Mərkəzi Bank gündəlik kreditlərin azalmasını istəyir – Faizlərə yeni məhdudiyyətlər gözlənilir. Mərkəzi Bank BOKT-ların kreditlərdən maksimum qazanc həddini daha da azaldacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında BOKT-ların kredit faizlərinin yüksək olması ilə bağlı sualı cavablandırarkən bildirib.

Sədr qeyd edib ki, Mərkəzi Bank son üç ildə BOKT-ların, xüsusilə qısamüddətli gündəlik kreditlər üzrə fəaliyyətinə məhdudiyyətlər tətbiq edir. Bu tədbirlərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaqdır.

Taleh Kazımovun sözlərinə görə, cari ildə də gündəlik kreditləşmə ilə bağlı yeni sərtləşdirici tədbirlərin tətbiqi nəzərdə tutulur.

“Bu il də bu sahədə sərtləşmə gətirmək niyyətindəyik ki, faizlərə də təsir edək, faizlər daha məqbul”, – deyə Mərkəzi Bankın sədri bildirib.

O xatırladıb ki, əvvəlki illərdə gündəlik kreditlər üzrə faizlər, komissiyalar və digər ödənişlər nəzərə alınmaqla kredit təşkilatının bir kreditdən əldə edə biləcəyi maksimum gəlirə məhdudiyyətlər müəyyən edilib.

Sədrin sözlərinə görə, həmin məhdudiyyətlər mərhələli şəkildə sərtləşdirilir və müəyyən edilmiş yuxarı hədd azaldılır.

“Keçən il və ondan əvvəlki ildə biz bir kreditdən maksimum nə qədər qazanmaq olar, komissiyaları, dəbbə pulunu və digər ödənişləri nəzərə alaraq müəyyən etmişdik. İndi hər il onu sərtləşdiririk, o tavanı azaldırıq”, – deyə Taleh Kazımov vurğulayıb.

Mərkəzi Bankın sədri bildirib ki, tənzimləyici qurum gündəlik kreditləşmənin genişlənməsində maraqlı deyil və bu mövqe müvafiq kredit təşkilatlarının diqqətinə çatdırılıb.

“Biz həmin BOKT-lara demişik ki, bu kreditləşmə tipi bizim üçün maraqlı deyil. Çoxdan verilmiş lisenziyalar, icazələr var. Biz dərhal onları dayandırmaq istəmirik. Çünki bu, sözsüz ki, maliyyə institutunun biznes modelinə təsir edəcək. Amma mesajımız ondan ibarətdir ki, biz bu kreditləşmənin azalmasını gözləyirik”, – deyə o qeyd edib.

Taleh Kazımov BOKT-ların banklarla müqayisədə daha yüksək faizlə kredit verməsinin səbəblərinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, BOKT-ların kreditləşmə modeli daha yüksək risklərlə müşayiət olunur. Bank kreditlərindən fərqli olaraq, BOKT-larda borcalanların gəlirlərinin təsdiqlənməsi və digər tələblər bəzi hallarda daha yumşaqdır.

Bu səbəbdən BOKT-lar üzərinə götürdükləri əlavə riskləri kompensasiya etmək üçün müştərilərdən daha yüksək faiz tələb edirlər.

Sədr bildirib ki, xüsusilə 45 günədək verilən, kiçik məbləğli və sadələşdirilmiş prosedurlarla rəsmiləşdirilən kreditlər üzrə faizlərin adi kreditlərlə müqayisədə yüksək olması beynəlxalq təcrübədə də müşahidə edilir.

Bununla belə, Mərkəzi Bank belə kreditlərin genişlənməsini məqsədəuyğun hesab etmir və məhdudiyyətləri mərhələli şəkildə artırmaq niyyətindədir.

Qeyd edək ki, mətbuat konfransında BOKT-ların cəlb etdikləri vəsaitlər üzrə illik faizlərin təxminən 15 faiz, müştərilərə təqdim etdikləri kreditlər üzrə isə 45–50 faiz və bəzi hallarda daha yüksək olması məsələsi qaldırılıb.

29.10.2026 15:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Bayramov  Fidanla görüşüb
Bayramov Fidanla görüşüb
29.10.2026 14:57
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19