Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
Dövlət Neft Fondu İndoneziya ilə yeni investisiya imkanlarını müzakirə edb. Azərbaycanın neft gəlirləri Asiyanın yeni bazarlarına yönəldilə bilər.28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İndoneziya Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara”, eləcə də ölkənin digər investisiya qurumlarının nümayəndələri iştirak ediblər.
Tərəflər Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti, regionun aparıcı investisiya institutları ilə qurduğu tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı imkanlar da nəzərdən keçirilib.
Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılmış Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Platforma tərəflər arasında artıq formalaşmış institusional əməkdaşlığın konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək artım potensialına malik bazarlarında özəl kapital investisiyaları və uzunmüddətli tərəfdaşlıq imkanları üçün əlavə imkanlar yaradır.
Görüşdə, həmçinin infrastruktur, texnologiya və rəqəmsal iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər institusional dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 22 d. əvvəl
- 28 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 45 d. əvvəl
-
48 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib
Mərkəzi Bank Azərbaycanda inflyasiya proqnozlarını yenilədi – 2026 və 2027-ci illərdə qiymətlər nə qədər artacaq?

























