970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka kreditlərində sui-istifadəyə qarşı yeni mexanizm işə salınır: Üz tanıma tətbiq ediləcək. Kirayə mənzil götürənlərə ipoteka krediti ilə bağlı məhdudiyyət tətbiq olunacaq.
AzVak-mobil_resmin_ustu_31
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb.

Marja xəbər verir ki, məlumatda bildirilir:

"İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla  davam etdirib.

İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması   məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər.  

Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı Fondun  təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək. Yeni həll sayəsində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcəkdir. Müraciətə dair təlimat MyGov portalında müvafiq bölmədə yerləşdirilmişdir.

Qeyd olunan dəyişiklik və yeniliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər".

İpoteka krediti ipoteka qaydaları 2026 İpoteka və Kredit Zəmanət Fondu İKZF ipoteka kreditlərində dəyişiklik güzəştli ipoteka dövlət ipotekası kirayə mənzil satmaq öhdəliyi ilə kirayə ipoteka məhdudiyyəti SİMA İmza biometrik identifikasiya üz tanıma myGov ipoteka müraciəti ipoteka krediti şərtləri mənzil krediti
28.10.2026 17:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19