970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bestcomp Group CISCO-nun METAC (Yaxın Şərq, Türkiyə, Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri) regionu üzrə “Mass Scale Infrastructure Partner of the Year” (“İlin genişmiqyaslı infrastruktur tərəfdaşı”) mükafatına layiq görülüb.

Mükafat 26-29 oktyabr tarixlərində Kanadanın Vankuver şəhərində keçirilən CISCO Partner Summit 2026 tədbirində təqdim olunub. CISCO-nun aparıcı tərəfdaşlarını bir araya gətirən sammitdə dünyanın qabaqcıl İKT şirkətlərindən 1000-dən çox nümayəndə iştirak edib.

Reklam_3_11

Mükafat şirkətin Müşahidə Şurasının sədri Rauf Həsənova CISCO-nun yüksək vəzifəli rəhbər şəxsləri – Yaxın Şərq, Türkiyə, Afrika, Qafqaz və Mərkəzi Asiya (METAC) regionu üzrə vitse-prezident və baş menecer Shane Heraty, Körfəz ölkələri və LTC regionu üzrə idarəedici direktor Abdelilah Nejjari, METAC regionu üzrə tərəfdaşlarla iş departamentinin regional direktoru Ossama Eldeeb, həmçinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələrində tərəfdaşlarla iş üzrə rəhbəri Nazlı Özçevik tərəfindən təqdim olunub.

Rauf Həsənov bildirib:

“Dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu belə nüfuzlu sammitdə mükafat qazanmaq və Bestcomp Group-un, eləcə də Azərbaycanın adının dünya İKT ictimaiyyəti qarşısında səslənməsi bizim üçün böyük qürur mənbəyidir. TRC regionundan mükafatlandırılan iki şirkətdən birinin Azərbaycan şirkəti olması ölkəmizin İKT sahəsindəki potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nailiyyətə görə bizə etimad göstərən strateji tərəfdaşımız CISCO-ya, dövlət və özəl sektordakı sifarişçilərimizə, eləcə də peşəkarlığı və zəhməti ilə bu uğura töhfə verən komandamıza dərin minnətdarlığımı bildirirəm.”

Bestcomp Group haqqında

Qlobal standartlara cavab verən İKT həllərinin yaradılmasında dərin bilik və təcrübəyə malik Bestcomp Group 32 illik fəaliyyəti ərzində dövlət və özəl sektor üçün etibarlı tərəfdaş nüfuzu qazanıb. CISCO və digər dünya səviyyəli İKT liderləri ilə strateji əməkdaşlıq sayəsində şirkət Azərbaycanda və onun hüdudlarından kənarda iri infrastruktur layihələrini həyata keçirir, qabaqcıl, təhlükəsiz və dayanıqlı texnoloji həllər təqdim edir.

Bestcomp Group Bestcomp Azərbaycan Bestcomp Group mükafat Cisco Cisco Partner Summit 2026 Cisco Azərbaycan Mass Scale Infrastructure Partner of the Year MEA-TRC Rauf Həsənov Azərbaycan İKT şirkətləri beynəlxalq texnologiya mükafatı Kanada Vankuver İKT infrastrukturu informasiya texnologiyaları rəqəmsal transformasiya şəbəkə infrastrukturu Cisco tərəfdaşları Azərbaycan texnologiya sektoru
28.10.2026 15:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19