Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
Rabitəbank Zəfər Gününə özəl biznes kampaniyasına start verib. Rabitəbankdan sahibkarlara yeni təklif – Bir il bank xidmətləri pulsuz olacaq.Sahibkarların maliyyə imkanlarını genişləndirməyi və biznesin inkişafına dəstək göstərməyi prioritet istiqamətlərindən biri kimi müəyyən edən Rabitəbank 8 Noyabr Zəfər Günü münasibətilə xüsusi kampaniyaya start verib. Bank biznes müştərilərinə sərfəli kredit şərtləri ilə yanaşı, bir il ərzində bir sıra bank xidmətlərindən ödənişsiz yararlanmaq imkanı təqdim edir.
1 dekabr 2026-cı il tarixinədək davam edəcək 44 günlük kampaniya çərçivəsində biznes krediti rəsmiləşdirən müştərilər abunə tipli tarif paketlərinə daxil olan bir sıra bank xidmətlərindən bir il müddətində ödənişsiz yararlanmaq imkanı əldə edirlər.
Belə ki, sahibkarlar ölkədaxili AZN köçürmələri, bankdaxili köçürmələr, nağdsız valyuta mübadiləsi və cari hesablardan nağd vəsaitin verilməsi xidmətlərindən ödənişsiz faydalana, həmçinin POS-terminallar üzrə aylıq xidmət haqqından azad ola bilərlər.
Kampaniya sahibkarlara bizneslərinin maliyyələşdirilməsi ilə yanaşı, qeyd olunan bank əməliyyatları üzrə xidmət xərclərini sıfıra endirmək imkanı yaradır. Bu isə gündəlik bank əməliyyatları istiqamətində xərclərin azaldılmasına, maliyyə resurslarının daha səmərəli idarə olunmasına və qənaət edilən vəsaitin biznesin inkişafına yönəldilməsinə şərait yaradır.
Kampaniya haqqında ətraflı məlumat üçün linkə https://rbt.az/zafar-b keçid edə bilərsiniz.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
10 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
35 d. əvvəl
Süni intellekt nəhəng şirkətin mənfəətini 7 dəfədən çox artırıb – Səhmləri 11%-ə yaxın bahalaşıb
-
50 d. əvvəl
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın metallurgiya nəhənginin illik gəlirləri 400 milyon manatı ötüb - ŞİRKƏT BÖYÜYÜB
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhənginin illik gəlirləri 400 milyon manatı ötüb - ŞİRKƏT BÖYÜYÜB
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
Azərbaycanın dövlət borcu 2 milyard manata yaxın azalıb – Xarici borc 4,5 milyard dollara düşüb
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq























