970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb

Telefon alanların diqqətinə: Minlərlə saxta IMEI kod aşkarlanıb. Mobil telefon alarkən diqqətli olun – 86 813 IMEI kod bloklanıb.
AzVak-mobil_resmin_ustu_31
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding  şirkətlərindən olan AzInTelecom MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən tədbirlər çərçivəsində bu günədək 86 813 IMEI kodunun kopyalandığı aşkar edilib və həmin IMEI kodların hər biri AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb. Eyni zamanda bloklanmış IMEI kodlarla Azərbaycan mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

AzInTelecom MMC vətəndaşlara mobil telefon almadan öncə cihazın qutusu üzərində qeyd edilən IMEI kodu mygov portalında yoxlamağı və yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

26.10.2026 09:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19