970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Braziliyada Lula da Silva yenidən Prezident seçildi – Tarixi qələbə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Braziliyada Lula da Silva yenidən Prezident seçildi – Tarixi qələbə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasiu Lula da Silva qalib gələrək dördüncü dəfə ölkəyə rəhbərlik etmək hüququ qazanıb.

Marja.az xəbər verir ki, Braziliyanın Ali Seçki Məhkəməsinin (TSE) açıqladığı nəticələrə əsasən, İşçi Partiyasının (PT) namizədi Lula da Silva 64 milyon 256 min 232 seçicinin səsini toplayaraq 51,79 faiz nəticə göstərib.

Reklam_3_11

Onun rəqibi, sağçı Liberal Partiyanın (PL) namizədi, senator Flaviu Bolsonaro isə 59 milyon 826 min 41 səs və ya 48,21 faiz nəticə ilə ikinci yerdə qərarlaşıb.

Beləliklə, Lula da Silva rəqibini təxminən 4,43 milyon səs fərqi ilə üstələyib.

Braziliyada tarixi seçki nəticəsi

Seçkinin nəticələri Braziliyanın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilir. Belə ki, ölkədə 1964–1985-ci illərdə davam edən hərbi diktaturanın başa çatmasından və demokratiyaya keçiddən sonra ilk dəfə prezident seçkilərinin birinci turunu ikinci yerdə tamamlayan namizəd ikinci turda rəqibini geridə qoyaraq qalib gəlib. Oktyabrın 4-də keçirilən birinci turda Flaviu Bolsonaro səslərin 47,03 faizini, Lula da Silva isə 45,16 faizini toplamışdı. Lakin oktyabrın 25-də keçirilən ikinci turda Lula da Silva səs fərqini öz xeyrinə dəyişərək prezident seçkisində qələbə qazanıb. Siyasi karyerası ərzində yeddinci dəfə prezident seçkilərində iştirak edən Lula da Silva bu nəticə ilə Braziliyaya dördüncü dəfə rəhbərlik etmək hüququ əldə edib.

Braziliyanın yeni prezidentlik müddətinin 2027-ci il yanvarın 5-də başlaması nəzərdə tutulur.

Braziliya Braziliya prezident seçkiləri 2026 Lula da Silva Luiz İnasiu Lula da Silva Flaviu Bolsonaro Braziliya Prezidenti Braziliyada seçki nəticələri Lula da Silva qələbə Braziliya seçkilərinin ikinci turu İşçi Partiyası Liberal Partiya Braziliya siyasəti prezident seçkiləri 2026
26.10.2026 09:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19