Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Azərbaycan və Slovakiya bank, sığorta və kapital bazarlarında əməkdaşlığı genişləndirəcəkAzərbaycan Mərkəzi Bankı (AMB) ilə Slovakiya Milli Bankı arasında pul siyasəti, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank və sığorta sektorlarının, eləcə də kapital bazarlarının tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Marja.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sənəd AMB-nin sədri Taleh Kazımov ilə Slovakiya Milli Bankının sədri Peter Kazimir arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində keçirilən görüşün yekununda imzalanıb.
Görüş zamanı qlobal və regional makroiqtisadi vəziyyət, maliyyə sektorunda müşahidə olunan əsas inkişaf meyilləri və iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.
Tərəflər mərkəzi bankçılıq sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, institusional və hüquqi əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və bilik mübadiləsinin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
İmzalanmış Anlaşma Memorandumu bir neçə mühüm istiqamətdə əməkdaşlığın inkişafını nəzərdə tutur.
Bunlara pul siyasəti sahəsində təcrübə mübadiləsi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları üzrə qarşılıqlı əməkdaşlıq, bank və sığorta sektorlarının tənzimlənməsi və onlara nəzarət, həmçinin kapital bazarlarında tənzimləmə və nəzarət təcrübəsinin paylaşılması daxildir.
Memorandumun məqsədi Azərbaycan və Slovakiya mərkəzi bankları arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək və maliyyə sektorunun tənzimlənməsi sahəsində qarşılıqlı əlaqələri genişləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
16 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
42 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb



















