Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?

İndi PAŞA Bankın səhmlərini almaq üçün doğru vaxtdır? PAŞA Bank səhmlərində 16,1%-dək dividend gəlirliliyi ssenarisi. 5457 manat investisiya, 858 manat dividend ehtimalı.
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bildiyiniz kimi, PASHA Bank OJSC tərəfindən 14 oktyabr 2026-cı il tarixində növbəti dividend ödənişi elan olundu. Hər səhmə təxminən 2.86 manat dividend 30 oktyabrda səhmdarlara ödəniləcək. İndiyədək səhm almış investorlar 27 oktyabr tarixinədək səhmlərini satmadıqları təqdirdə bu dividend ödənişini əldə edəcəklər. Yeni investorların isə dividend ödənişindən yararlanmaq üçün 2 həftədən də az vaxtı var.

Yeni investorları maraqlandıran əsas sual isə budur: “Görəsən, indi PAŞA Bank səhmlərini almaq üçün düzgün vaxtdırmı?” Bu suala gəlir-risk prizmasından cavab tapmağa çalışacağıq.

PAŞA Bank səhmlərinin Bakı Fond Birjasında (Baku Stock Exchange) ən son istinad qiyməti (orta çəkili qiymət) 54.57 manat təşkil edir. Xatırladaq ki, həftə ərzində səhmlərin qiymətində təxminən 3% artım müşahidə olunmuşdur. Təsəvvür edin ki, siz 100 ədəd səhm almaq qərarına gəlirsiniz və bunun üçün ən son istinad qiymətinə uyğun 5457 manat ödəyirsiniz. Nəticədə, oktyabr ayının sonunda hər səhmə təxminən 2.86 manat olmaqla, cəmi 286 manat gəliri cəmi bir neçə gün ərzində əldə etmiş olursunuz. Bu məbləğ, hələ bankın səhmdarı olmadığınız 2025-ci ilin mənfəətindən ödənilən dividendin yalnız ikinci tranşından əldə etdiyiniz gəlirdir.



Növbəti il ilə bağlı belə bir fərziyyə edək: maliyyə nəticələrinə əsasən bank tərəfindən heç bir artım olmadan, eyni nominal həcmdə dividend ödənilsə, bu, hər səhmə əlavə təxminən 5.72 manat dividend gəliri və ya 100 səhmə 572 manat deməkdir. Bu ödənişin ən geci 2027-ci ilin oktyabr ayınadək ediləcəyini fərz etsək, bu bugün yatırdığınız 5457 manat investisiya qarşılığında 12 ay ərzində ümumilikdə 286 + 572 = 858 manat dividend gəliri fərziyyəsi deməkdir.

Bu isə ilkin investisiyanıza nisbətdə illik 15.7% dividend gəliri gözləntisi deməkdir - özü də vergidən azad gəlir!

Qeyd edək ki, PAŞA Bankın 2026-cı ilin birinci yarısı üzrə audit olunmuş maliyyə nəticələrinə əsasən 1 səhmə düşən mənfəət 5.16 manat təşkil etmişdir. Bu nəticənin ilin ikinci yarısında da sabit qalması və bankın 2025-ci il üzrə dividend ödəmə əmsalının (57.7%) 2026-cı ildə də dəyişməz qalması fərziyyəsində, faktiki dividend gəliri 1 səhmə görə 5.95 manat təşkil edir. Bu isə deməkdir ki, yuxarıdakı illustrativ nümunədə 100 səhmə görə hesabladığımız dividend gəliri fərziyyəsi hətta bir qədər də yüksək – 16.1%-ə çatır. 

İndi isə ağlınıza gələ biləcək o məşhur sual: “Yaxşı, bəs birdən 12 ay sonra səhmlər aldığım qiymətdən daha aşağı qiymətə satılarsa?” Hesablamalar göstərir ki, bir neçə neqativ qiymət ssenarisində belə 12 aylıq gəlirlilik kifayət qədər cəlbedicidir. Bu və mümkün digər sualların cavabı aşağıdakı təhlil sənədində…

Qeyd: Bu təhlil məlumat xarakterlidir və investisiya məsləhəti deyil. Gələcək dividend ödənişləri zəmanətli deyil, səhm qiyməti dəyişə bilər. Gəlirlilik hesablamaları fərziyyələrə əsaslanır və əməliyyat xərclərini nəzərə almır.

PAŞA Bank səhmləri PAŞA Bank dividend 2026 PAŞA Bank səhm qiyməti PAŞA Bank səhmlərini almaq PAŞA Bank IPO dividend gəlirliliyi səhmlərdən gəlir 15 7 faiz dividend gəliri 16 1 faiz gəlirlilik ssenarisi Bakı Fond Birjası səhmlərə investisiya dividend ödənişi 27 oktyabr 2026 30 oktyabr dividend Azərbaycan kapital bazarı investisiya riskləri PAŞA Bank investorları
19.10.2026 10:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19