Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp Zelenskini sərt tənqid etdi: “O, müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib”

Trampdan Zelenskiyə ağır ittihamlar – “O, müharibəni bitirmək istəmir!”, “İki il əvvəl daha yaxşı razılaşma əldə edə bilərdi”. ABŞ ilə Ukrayna arasında gərginlik artır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Zelenskini sərt tənqid etdi: “O, müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş əldə edildiyini bəyan edib. O, eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücum etməklə dünya dizel yanacağı bazarına ciddi zərər vurmaqda və müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib.

Marja.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması üçün danışıqları davam etdirir və Moskvanı danışıqlar masasından uzaqlaşdıra biləcək addımlardan çəkinir.

Trampın sözlərinə görə, sülh danışıqlarında, o cümlədən girovlarla bağlı müzakirələrdə mühüm irəliləyiş əldə olunub. O, sülh sənədini istədiyi vaxt imzalaya biləcəyini iddia edib.

ABŞ Prezidenti Rusiyanın İrana kömək etmək üçün çox az iş gördüyünü, hətta heç bir dəstək vermədiyini bildirib.

Tramp qeyd edib ki, mövcud vəziyyətin dəyişməsini istəmir və danışıqlara müdaxilənin qarşısını almağa çalışır.

“Zelenski bu müharibəni bitirmək istəmir”

Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək bildirib ki, Kiyevin Rusiyadakı neft emalı müəssisələrinə hücumları qlobal dizel yanacağı bazarına, o cümlədən ABŞ iqtisadiyyatına ciddi zərər vurur.

Onun sözlərinə görə, bu hücumlar nəticəsində xüsusilə fermerlər və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr böyük itkilərlə üzləşirlər.

Tramp Rusiyanın buna baxmayaraq, dünya bazarına nisbətən aşağı qiymətlə milyonlarla barel dizel yanacağı göndərməyə davam etdiyini vurğulayıb.

“Zelenski buna əhəmiyyət vermir. Açığı, Avropanın və fırıldaqçı Co Baydenin keçmişdə ona verdiyi bütün pullara baxmayaraq, o, bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib. İki il əvvəl indikindən daha yaxşı razılaşma əldə edə bilərdi”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti iddia edib ki, Ukrayna ağır vəziyyətdədir, ölkə ərazisinin əhəmiyyətli hissəsini itirib və müharibə nəticəsində çoxsaylı insan tələfatı ilə üzləşib.

Tramp Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə başa çatmasını istədiyini təkrarlayıb.

ABŞ ilə Ukrayna arasında dizel yanacağına görə fikir ayrılığı dərinləşir

Trampın açıqlaması Vaşinqtonla Kiyev arasında enerji siyasəti və Rusiyaya qarşı sanksiyalarla bağlı fikir ayrılıqlarının gücləndiyi dövrə təsadüf edir.

ABŞ Prezidenti oktyabrın 9-da Rusiya ilə dizel yanacağı tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb. Razılaşma çərçivəsində Rusiya mənşəli 300 min tondan çox dizel yanacağının ABŞ və dünya bazarlarına çıxarılması nəzərdə tutulur.

Ukrayna rəhbərliyi isə bu qərarın Rusiyanın enerji gəlirlərini artıraraq müharibəni maliyyələşdirmək imkanlarını genişləndirəcəyini bildirir. 

Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandıracağı təqdirdə Kiyevin də Rusiya neft emalı müəssisələrinə zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb.

Ukrayna Prezidenti bildirib ki, ölkəsi sülhə və atəşkəsə hazırdır, lakin enerji obyektlərinə hücumların dayandırılması qarşılıqlı xarakter daşımalıdır. 

Trampın sülh danışıqlarındakı irəliləyiş barədə bəyanatına baxmayaraq, Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumlar davam edir. 

Donald Tramp Tramp Zelenski Trampın son açıqlaması Zelenski müharibə Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh danışıqları ABŞ Rusiya münasibətləri ABŞ Ukrayna münasibətləri Rusiya neft emalı zavodları Ukraynanın Rusiyaya hücumları dizel yanacağı qiymətləri dünya dizel bazarı Rusiya dizel ixracı Tramp Putin Rusiya sanksiyaları Ukrayna sülh razılaşması neft bazarı enerji böhran
19.10.2026 08:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19