Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
9 ayda büdcəyə 29,3 milyard manat daxil olub – 25,3 milyard manat xərclənib2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Marja.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadəən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8 faiz çoxdur. Dövlət büdcəsinin icrası nəticəsində 3 milyard 963,9 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat məbləğində icra edilib.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
3 d. əvvəl
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib
- 8 d. əvvəl
-
11 d. əvvəl
ƏDV ödəyicilərinin sayı vergi ödəyicilərinin ümumi sayından daha sürətlə artır
-
16 d. əvvəl
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
-
22 d. əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – “Azərsun Holdinq”ə birləşdirilir
-
44 d. əvvəl
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
- 50 d. əvvəl
- 55 d. əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
Ən çox oxunanlar
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Azərbaycan neftinin son qiyməti
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir























