Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Qarabağda istehsal qurmaq istəyən sahibkarlara yeni güzəştlər.İşğaldan azad edilmiş ərazilərdə idxalı vergi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Marja.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:
•Əczaçılıq məhsullarının istehsalı;
•Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;
•Üzümdən şərab istehsalı;
•Elmi tədqiqat və işləmələr;
•Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;
•Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;
•Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;
Güzəşt tətbiq olunan müvafiq fəaliyyət sahələri və bu sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların ümumi siyahısı ilə bu linkdən tanış olmaq olar. Qeyd edək ki, güzəştlər yalnız siyahıda göstərilmiş iqtisadi fəaliyyət sahələrinə tətbiq edilir.
Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada (office@economy.gov.az) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
6 d. əvvəl
Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ƏDV ödəyicilərinin sayı vergi ödəyicilərinin ümumi sayından daha sürətlə artır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
Ən çox oxunanlar
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Kapital Bank xarici bankdan 50 milyon manat cəlb edib – İlk dəfə




















