Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Şüvəlan sahili 150 kiloqramdan artıq tullantıdan təmizlənib.Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunan təmizlik aksiyası çərçivəsində sahilboyu ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib. Ümumilikdə 150 kiloqramdan artıq tullantı toplanaraq çeşidlənməsi və utilizasiyası üçün aidiyyəti üzrə təhvil verilib.
Təşəbbüsün əsas məqsədi Xəzər dənizinin sahilboyu ərazilərinin təmizliyinə töhfə vermək, ekosistemin qorunmasına diqqəti artırmaq, həmçinin ətraf mühitə məsuliyyətli yanaşmanın cəmiyyətdə daha geniş təşviqinə dəstək göstərmək olub.
Rabitəbank ekoloji məsuliyyəti korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bank mütəmadi olaraq ətraf mühitin mühafizəsinə, ekoloji maarifləndirmənin artırılmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönələn sosial təşəbbüslər həyata keçirir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 d. əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
50 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
1 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
2 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
2 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
2 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
2 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®




























