Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Türkiyədə əcnəbi tələbələrin sayı 4 dəfə artıb. Türkiyə universitetlərində 360 mindən çox əcnəbi oxuyur: Ən çox seçilən ixtisaslar da məlum olub. Əcnəbi tələbələr Türkiyəyə 6 milyard dollardan çox gəlir gətirir.Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzərə aldığı üçün Türkiyəni seçir.
Ən çox hansı ölkələrdən gəlirlər?
Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə əcnəbi tələbələr ən çox Azərbaycan, Misir, Türkmənistan, Bolqarıstan və Rusiya kimi ölkələrdən gəlirlər.
“İqtisadiyyata birbaşa 3 milyard dollar töhfə verirlər”
Beynəlxalq Tələbə Məsləhətçiliyinin direktoru Caner Ortakçı bildirib ki, əcnəbi tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi yalnız təhsil xərcləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, tələbələr birbaşa təxminən 3 milyard dollar, dolayı yolla isə 3 milyard dollardan çox iqtisadi töhfə verirlər.
“Beynəlxalq tələbələrimizin Türkiyə iqtisadiyyatına hazırda birbaşa 3 milyard dollar, dolayı yolla isə 3 milyard dollardan çox töhfəsi var. Yəni ümumilikdə 6 milyard dollardan artıq xidmət ixracından danışırıq”, – deyə Ortakçı bildirib.
“Ev kirayələyir, restoranlara gedirlər…”
Ortakçı tələbələrin Türkiyədə olduqları müddətdə yalnız təhsil almadıqlarını vurğulayıb: “Bu tələbələr dörd il ərzində təkcə universitetlərində təhsil görmürlər. Ev kirayələyir, restoranlara gedir, səhiyyə və mədəniyyət turizmi xidmətlərindən yararlanırlar. Bununla yanaşı, ailələrini və dostlarını da Türkiyəyə gətirirlər”.
Onun sözlərinə görə, beynəlxalq tələbə axını təhsil sektoru ilə yanaşı, səhiyyə turizminə, ictimai iaşəyə, yerləşdirmə və logistika sahələrinə də birbaşa təsir göstərir.
Ən çox hansı ixtisasları seçirlər?
Əcnəbi tələbələrin ən çox seçdiyi ixtisas biznesin idarə edilməsidir. İkinci yerdə tibb, üçüncü yerdə isə kompüter mühəndisliyi gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 30 d. əvvəl
-
34 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
51 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























