Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək

AzVak-mobil_resmin_ustu_31
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın xarici işlər naziri Abbas Əraqçi vasitəçilər üzərindən ABŞ-a təqdim etdikləri 7 maddəlik razılaşma planının məqbul olduğunu bildirərək Vaşinqtondan hələ rəsmi cavab almadıqlarını açıqlayıb. Nazir təklifin əsas göstərilmədən rədd ediləcəyi halda məsuliyyətin ABŞ administrasiyasının üzərinə düşəcəyini deyib.

Marja.az xəbər verir ki, Əraqçi ABŞ-ın “NBC News” telekanalına müsahibəsində İranın həm diplomatiyaya, həm də mümkün yeni hücumlara hazır olduğunu bildirib.

O, Vaşinqton administrasiyasının başlatdığını söylədiyi “təcavüzkar müharibəyə” son qoymaq istədiklərini vurğulayıb.

ABŞ-ın müharibədə qısa müddətdə qalib gəlməyi hədəflədiyini iddia edən Əraqçi deyib: “Bu müharibəni səkkiz ay əvvəl iki-üç gün ərzində qalib gələcəkləri ümidi ilə başladılar. Amma səkkiz ay keçib və biz bunun bitməsini istəyirik”.

“Masada çox məqbul bir plan var”

Əraqçi İranın vasitəçilər üzərindən ABŞ-a təqdim etdiyi 7 maddəlik təklifin Prezident Donald Tramp tərəfindən rədd edilməsinə dair açıqlamaları eşitdiklərini, lakin hələ “rəsmi cavab” almadıqlarını bildirib.

“Masada çox məqbul bir plan var. Əgər səbəbsiz yerə rədd etsələr, bu, onların səhvi olar”, — nazir qeyd edib.

Əraqçinin sözlərinə görə, İran qanunsuz şəkildə dondurulduğunu bildirdiyi pul və aktivlərinin sərbəst buraxılmasını, həmçinin neft ixracını davam etdirə bilməsini tələb edir. Nazir ABŞ-ın əvvəlki razılaşmalarda bu məsələlərlə bağlı artıq öhdəlik götürdüyünü söyləyib.

“Həm diplomatiyaya, həm də yeni hücumlara hazırıq”

İranın mümkün yeni hərbi hücumlara qarşı hazırlıqlı olduğunu vurğulayan Əraqçi diplomatik həll imkanını da açıq saxladıqlarını bildirib.

“Müharibənin yenidən başlamasına da tam hazırıq. Qiyamət müharibəsi olsa belə, istənilən yeni hücum qarşısında qətiyyətlə dayanırıq. Amma eyni zamanda diplomatiyaya da hazırıq. Seçim Prezident Trampındır”, — o deyib.

ABŞ-ın səkkiz aydır davam etdirdiyi müharibədə nəticə əldə etmədiyini iddia edən Əraqçi yeni hücumların da “qəti şəkildə” eyni nəticə ilə qarşılaşacağını söyləyib.

Nazir Vaşinqton administrasiyasının keçmişdə İranla danışıqlar davam edərkən dəfələrlə hücumlar təşkil etdiyini bildirərək buna baxmayaraq diplomatik həll axtarışlarını davam etdirdiklərini vurğulayıb.

“Əslində, diplomatiyaya qayıtmağımız üçün heç bir səbəb yoxdur, amma yenə də diplomatiyanı sınayırıq. Çünki düşünürəm ki, sülh üçün heç bir fürsəti əldən verməməliyik”, — Əraqçi əlavə edib.

İranın 7 maddəlik təklifinə rəsmi cavab gözlənilir

İran nümayəndə heyəti BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da olduğu müddətdə Hörmüz boğazının yenidən gəmi hərəkətinə açılması ilə bağlı Qətərin vasitəçiliyi ilə Vaşinqton administrasiyasına 7 şərt təqdim edib.

ABŞ Prezidenti Donald Tramp isə İranın irəli sürdüyü şərtləri qəbul etmədiklərini açıqlayıb.

BMT Baş Assambleyasından sonra İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qayıdıb. Xarici işlər naziri Əraqçinin isə diplomatik təmaslarını davam etdirmək üçün sentyabrın 30-dək ABŞ-da qalması qərara alınıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

28.09.2026 08:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar