Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında birja üzvlərinin dövriyyəsinə görə lider dəyişib.

Marja.az Bakı Fond Birjasının məlumatlarına əsasən xəbər verir ki, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 24 milyard 457 milyon manatlıq əməliyyat həcmi ilə birinci yerə yüksəlib.

2025-ci ilin eyni dövründə “ABB İnvest”in dövriyyəsi 23 milyard 978 milyon manat təşkil etmişdi. Beləliklə, şirkətin dövriyyəsi illik müqayisədə 479 milyon manat və ya 2% artıb.

Ötən ilin ilk 8 ayında 28 milyard 391 milyon manatlıq dövriyyə ilə bazarın lideri olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də isə göstərici 2026-cı ilin yanvar-avqust aylarında 9 milyard 786 milyon manata düşüb. Beləliklə, “PAŞA Kapital”ın birja dövriyyəsi 18 milyard 605 milyon manat və ya 65,5% azalıb və şirkət ikinci pilləyə geriləyib.

“Unicapital” 7-ci yerdən 3-cü yerə yüksəlib

Ən böyük artımlardan biri “Unicapital İnvestisiya Şirkəti” ASC-də qeydə alınıb. Şirkətin dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarındakı 1 milyard 454 milyon manatdan 2026-cı ilin eyni dövründə 5 milyard 214 milyon manata yüksəlib.  Artım 3 milyard 761 milyon manat və ya 258,7% təşkil edib. Bunun nəticəsində “Unicapital” reytinqdə 7-ci yerdən 3-cü yerə qalxıb.

İş elanları AzVak.az-da

“İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin dövriyyəsi də 1 milyard 641 milyon manatdan 4 milyard 835 milyon manata yüksəlib. Şirkətdə illik artım 194,7% olub və “İnvest-Az” 6-cı yerdən 4-cü yerə yüksəlib.

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin dövriyyəsi 36,9% artaraq 3 milyard 485 milyon manatdan 4 milyard 769 milyon manata çatıb. Buna baxmayaraq, şirkət reytinqdə 3-cü yerdən 5-ci yerə düşüb.

“İnno Kapital” dövriyyəsini 4 dəfədən çox artırıb

“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin əməliyyat həcmi 184 milyon manatdan 813 milyon manata yüksəlib. Bu, 341,9% artım deməkdir.

“Assist Finance İnvestisiya Şirkəti” ASC-də isə dövriyyə 3 milyard 83 milyon manatdan 2 milyard 511 milyon manata düşərək 18,5% azalıb.

Digər tərəfdən, “Xalq Kapital”ın dövriyyəsi 1 milyard 854 milyon manatdan 240,4 milyon manata enib. Azalma 87% təşkil edib.

“Capital Partners”da dövriyyə 63,2%, “Troni”də 63,6%, “MFX Trading”də 70,2%, “CFI Financial”da isə 88,7% azalıb.

Əqdlərin sayında “PAŞA Kapital” öndədir

Dövriyyə üzrə “ABB İnvest” lider olsa da, əqdlərin sayına görə “PAŞA Kapital” birinci yerdədir.

2026-cı ilin ilk 8 ayında “PAŞA Kapital” vasitəsilə 47 656 əqd həyata keçirilib. 2025-ci ilin eyni dövründə bu göstərici 5 669 idi. Beləliklə, əqdlərin sayı 8,4 dəfə artıb.

“ABB İnvest”də əqdlərin sayı 17 242-dən 22 605-ə, “Troni”də 4 325-dən 6 907-yə, “İnvest-Az”da isə 1 066-dan 3 960-a yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ABB İnvest PAŞA Kapital Bakı Fond Birjası BFB brokerlər investisiya şirkətləri birja dövriyyəsi broker reytinqi Unicapital İnvest-Az CPM-İnvest Assist Finance İnno Kapital qiymətli kağızlar bazarı Azərbaycan kapital bazarı investisiya şirkətlərinin dövriyyəsi.
07.09.2026 12:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19