İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı
Ali Məhkəmə icarə obyektindəki təmir xərcləri ilə bağlı mühüm mövqe ifadə etdi. Ali Məhkəmədən icarəçilərə mühüm mesaj: Təmir xərcləri hər zaman geri ödənilməyəcək. Ali Məhkəmədən sahibkarlara tövsiyə: İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər.Mübahisənin mahiyyəti
İcarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması icarə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası son qərarlarından birində bu məsələ ilə bağlı mühüm hüquqi mövqe ifadə etmişdir.
Marja.az xəbər verir ki, həmin işdə icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb etmişdir.
Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılmışdır ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.
Ali Məhkəmənin hüquqi mövqeyi
Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir.
Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir.
Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.
Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir.
Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulmuş, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir.
Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil.
Sahibkarlar üçün hüquqi tövsiyələr
Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə:
icarə obayektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi;
icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır




















