Qlobal bazarlarda FED gözləntiləri və geosiyasi gərginlik fonunda mənfi dinamika müşahidə olunur
Qlobal bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz artımına gedəcəyinə dair gözləntilərin güclü qalması, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və istiqraz bazarlarında satış təzyiqinin yenidən güclənməsi fonunda mənfi dinamika müşahidə olunur.
Marja xəbər verir ki, ABŞ və İran arasında qarşıdurmanın yenidən başlaması ilə enerji təchizatına dair narahatlıqların artması neft qiymətlərini yenidən 90 dollar səviyyəsinin üzərinə qaldırıb. Bu vəziyyət investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olur.
Geosiyasi risklərin yüksəlməsi və neftin bahalaşması fond bazarlarında satışlara, istiqraz gəlirliliklərinin isə artmasına gətirib çıxarır. İnflyasiya təzyiqlərinin yenidən güclənə biləcəyi ilə bağlı narahatlıqlar Fed-in faiz artıracağına dair proqnozları da qüvvətləndirir. Bu fonda Fed rəsmilərindən də “şahin” xarakterli açıqlamalar gəlir.
Valyuta bazarlarındakı qiymətləndirmələrə əsasən, Fed-in oktyabr ayında faiz artımına gedəcəyi demək olar ki, tam olaraq nəzərə alınır.
Digər tərəfdən, ABŞ-da cümə günü açıqlanacaq kənd təsərrüfatı xaricində məşğulluq göstəricisinin zəif olması halında faiz artımı gözləntilərinin daha da güclənə biləcəyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp İranın İordaniyadakı ABŞ hərbi hava bazalarını ballistik raketlərlə hədəfə almasından sonra Vaşinqtonun bu hücumlara cavab verəcəyini açıqlayıb.
Trampın İrana qarşı əlavə zərbələrlə bağlı hədələri və yeni qarşıdurmaların Hörmüz boğazından enerji daşınmalarında uzunmüddətli fasilələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda dekabr fyuçersləri üzrə Brent markalı neftin bir barelinin qiyməti 3,6% artaraq 91,5 dollar səviyyəsindədir.
Rusiyanın dizel ixracına tətbiq etdiyi qadağanı sentyabrın 30-dək uzatması da emal olunmuş neft məhsullarının tədarükü ilə bağlı narahatlıqları artırıb.
G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Sədrlərinin toplantısında çıxış edən ABŞ-ın maliyyə naziri Skott Bessent G20 çərçivəsində əsas prioritetlərinin iqtisadi artım olduğunu bildirib.
Fed sədri Kevin Uorş isə iqtisadi artıma həsr olunan sessiyada inflyasiya və iqtisadi artım arasında seçim məsələsinə toxunaraq ABŞ iqtisadiyyatında artımın güclənmiş göründüyünü deyib.
Uorş sessiyada kapital xərcləri və məhsuldarlıq kimi məsələlərin də müzakirə ediləcəyini bildirib.
Bankçılıq sessiyasında isə Fed sədri ABŞ-da kredit verən təşkilatların geniş spektrinə və ölkənin maliyyə bazarlarının dərinliyinə diqqət çəkib.
Uorş təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli bank sisteminin əhəmiyyətini vurğulayaraq ABŞ-da islahatlara fokuslanmağa davam edəcəklərini bildirib.
Neft qiymətlərinin yüksəlməsi nəticəsində inflyasiya ilə bağlı narahatlıqların artması və Fed-in faiz artımına gedəcəyinə dair gözləntilərin güclənməsi fonunda ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,79%-ə yüksələrək 2025-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Geosiyasi risklərin artmasının təsiri ilə dollar indeksi 0,1% yüksələrək 99,5 səviyyəsində qərarlaşıb. Qızılın bir unsiyasının qiyməti isə 0,5% azalaraq 4 430 dollara düşüb.
Nyu-York birjası geriləyib
Nyu-York fond birjalsı geosiyasi gərginliyin bazarlara təzyiq göstərməsi fonunda həftənin ilk ticarət gününü ucuzlaşma ilə başa vurub.
Dow Jones indeksi 0,7%, S&P 500 indeksi 0,33%, Nasdaq indeksi isə 0,12% dəyər itirib.
ABŞ fond indeksləri üzrə fyuçers müqavilələrində isə yeni ticarət günü qarışıq dinamika ilə başlayıb.
Avropa birjaları ucuzlaşma ilə bağlanıb
Avropa fond bazarları istiqraz bazarındakı satış təzyiqi və İranla bağlı geosiyasi gərginliyin inflyasiya narahatlıqlarını artırması fonunda həftənin ilk ticarət gününü ucuzlaşma ilə başa vurub. Almaniyada ifrat sağ qüvvələrin yüksəlişinə dair narahatlıqlar fonunda ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3,32%-ə yüksələrək son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
London birjasında rəsmi tətil səbəbindən ticarət aparılmayıb. Avropa üzrə maliyyələşmə xərclərinin artması xüsusilə daşınmaz əmlak və texnologiya şirkətlərinin səhmlərində satış təzyiqini gücləndirib.
Makroiqtisadi göstəricilərə gəldikdə, Almaniyada avqust ayı üzrə İstehlak Qiymətləri İndeksi aylıq 0,2%, illik isə 2,9% artaraq bazar gözləntilərini bir qədər üstələyib.
Bu hadisələr fonunda Fransanın CAC 40 indeksi 0,79%, Almaniyanın DAX 40 indeksi 1,17%, İtaliyanın FTSE MIB 30 indeksi isə 0,01% düşüb.
Avropa fond indeksləri üzrə fyuçers müqavilələri də yeni günə mənfi dinamika ilə başlayıb.
Asiya birjalarında satışlar üstünlük təşkil edir
Asiya bazarlarında geosiyasi risklərin artması və neft qiymətlərinin yüksəlməsinin təsiri ilə əsasən satış yönümlü dinamika müşahidə olunur.
İstiqraz gəlirliliklərinin artması da Asiya fond bazarlarındakı ucuzlaşmanın əsas səbəblərindən biridir.
ABŞ-ın maliyyə naziri Skott Bessentin Yaponiya Mərkəzi Bankından faiz dərəcələrini daha aqressiv şəkildə artırmasını istədiyinə dair xəbərlərdən sonra Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1996-cı ildən bəri ilk dəfə 3%-ə çatıb.
Çində RatingDog tərəfindən hesablanan istehsal sektoru üzrə PMI avqustda 50,9-dan 51,5-ə yüksəlib. Analitiklərin fikrincə, göstərici ölkənin istehsal sektorunda tələbin davam etdiyini göstərsə də, daxili tələblə bağlı problemlər və geosiyasi risklərin yaratdığı xərc təzyiqləri qalmaqdadır.
Cənubi Koreyanın ixracı isə avqust ayında illik müqayisədə 68,7% artaraq gözləntiləri üstələyib. Məlumatlar xüsusilə texnologiya məhsullarına qlobal tələbin yüksək olaraq qaldığını göstərib.
Ticarətin sonuna yaxın Cənubi Koreyanın Kospi indeksi 0,1%, Yaponiyanın Nikkei 225 indeksi 0,1%, Honkonqun Hang Seng indeksi isə 1% geriləyib. Çinin Şanxay Composite indeksində ciddi dəyişiklik qeydə alınmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
9 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 10 saat əvvəl
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə
























