"Prime Leasing" Zaqatala filialını festival ab-havasında istifadəyə verdi
Fermerlər üçün Zaqatalada yeni texnika və lizinq mərkəzi. Landini və Zoomlion texnikaları artıq Zaqatalada daha əlçatan olacaq.Ölkənin kənd təsərrüfatı texnikası sektorunun aparıcı təchizatçısı olan "Prime Leasing" şirkəti 26 avqust tarixində Zaqatala şəhərində yeni regional filialının rəsmi açılış mərasimini keçirib.
Tədbirdə dövlət qurumlarının səlahiyyətli nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər, yerli sahibkarlar və regionun dörd bir yanından toplaşan çoxsaylı fermerlər iştirak ediblər.
İtaliyanın qabaqcıl texnika istehsalçısı Landini və qlobal sənaye nəhəngi Zoomlion traktor brendlərinin Azərbaycandakı rəsmi distribütoru olan "Prime Leasing", açılış münasibətilə müxtəlif seqmentlərə aid traktor və aqreqatları nümayiş etdirdi. Şirkət nümayəndələri tədbir iştirakçılarına fermerlərin işini asanlaşdıracaq güzəştli dövlət subsidiyaları, sərfəli lizinq mexanizmləri, həmçinin orijinal ehtiyat hissələri və yerində servis xidmətləri barədə ətraflı məlumat verdilər.
Rəsmi hissə ilə yanaşı, qonaqlar üçün maraqlı müsabiqələr təşkil olundu. Əyləncəli keçən yarışların yekununda qaliblərə baş mükafat olaraq ən son model iPhone 17 smartfonu, eləcə də digər dəyərli hədiyyələr təqdim edildi.
Yeni filialın fəaliyyətə başlaması Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatının inkişafına, fermerlərin qlobal texnikalara birbaşa çıxışına və regionun aqrar məhsuldarlığının yüksəlməsinə mühüm təkan verəcək.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 10 saat əvvəl
-
11 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır




















