"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır ®
"PAŞA Real Estate" yeni formatda mənzil seçimlərini sərfəli şərtlərlə təqdim edir.
Premium dənizkənarı yaşayış kompleksi "Mardi Mekan Estate"də ev sahibi olmaq üçün artan tələbatı nəzərə alan "PAŞA Real Estate" mənzil çeşidini sahəsi 55 m²-dən başlayan studio-mənzil seçimləri ilə genişləndirir.
"Mardi Mekan Estate" Mərdəkanda, Bakı şəhərinin mərkəzindən cəmi 25 dəqiqəlik məsafədə yerləşir. Kompleksin ərazisində 46 villa, eyni zamanda üç və altı mərtəbəli binalarda 230 mənzil yer alıb. Yeni mənzillərlə birlikdə alıcılara funksional studiyalardan tutmuş, 4 yataq otaqlı rezidensiyalara qədər geniş çeşid təqdim olunur.
"Mardi Mekan Estate"də ev sahibi olmaq üçün bir neçə ödəniş şərti təklif olunur. Müştərilər 20%-dən başlayan ilkin və 60 ayadək faizsiz hissəli ödəniş imkanından yararlana bilərlər.
"Mardi Mekan Estate"in əsas üstünlüklərindən biri qapalı kompleks olmasıdır. 8 hektarlıq ərazi tamamilə sakinlərə məxsusdur və 24/7 mühafizə altındadır. Girişə ciddi nəzarət olunur, bütün idman və ictimai zonalar isə yalnız sakinlər və onların qonaqları üçün nəzərdə tutulub. Şəhərin səs-küyü və gərginliyi bu özəl dünyadan kənarda qalır, daxildə isə yalnız dəniz, sərbəstlik və sakitlik hökm sürür.
Layihənin digər mühüm üstünlükləri isə Xəzər dənizinə birbaşa çıxış və yalnız kompleksin sakinlərinə açıq olan xüsusi çimərlikdir.
"Mardi Mekan Estate"in infrastrukturu ilboyu rahat yaşam üçün düşünülüb. Bura açıq və qapalı hovuzlar, fitnes mərkəzi, sauna və spa, padel və basketbol meydançaları, klabhaus, həmçinin ərazidəki restoranlar, kafelər və dükanlar daxildir. Yaxınlıqda məktəblər, klinikalar və supermarketlər yerləşir.
Layihənin memarlığı sahilyanı landşaftla vəhdət təşkil edir: panoramik pəncərələr rezidensiyaları təbii işıqla doldurur, planlaşdırma həlləri isə dəniz mehinin istiqamətini nəzərə alır. Mənzillər təmirə hazır şəkildə kommunikasiya xətləri ilə birlikdə təqdim olunur.
Əlaqə
E-poçt: sales@pre.az
Telefon: +994 51 201 32 32 / *2024
Layihənin səhifəsi:www.mardimekan.az
Layihənin video çarxı
"PAŞA Real Estate Qrup" şirkəti haqqında
"PAŞA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya, developer fəaliyyəti, tikinti, strateji idarəetmə və aktivlərin istismarı sahələrində ixtisaslaşır. Şirkətin fəaliyyət coğrafiyası Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və ABŞ-ı əhatə edir. Qrupun portfelinə elit hotellər, dünya səviyyəli kurortlar, ticarət kompleksləri, premium yaşayış əmlakı və çoxfunksiyalı layihələr daxildir. Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər tutan "PAŞA Real Estate Qrup" yeni sahə standartları formalaşdırmağa və beynəlxalq səviyyədə öz aktivlərinin dəyərinin davamlı artımını təmin etməyə çalışır.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 5 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?




















