"SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir"
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.
Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin yaydığı məlumata görə, tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyətini, genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər xüsusi diqqəti mövcud birgə layihələrin praktiki icrasına, eləcə də yeni perspektivli təşəbbüslərin (energetika və sənaye sahələrində - red.) işlənib hazırlanmasına ayırıblar.
Bundan əlavə, danışıqların yekununda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına və strateji layihələrin sürətli şəkildə irəliləməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Nazirliyin məlumatına görə, SOCAR Özbəkistanda təxminən 2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu olan karbohidrogen resurslarının mənimsənilməsi üzrə ("Üstyurt" - red.) layihənin həyata keçirilməsində iştirak edir.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini imzalayıblar.
SOCAR geoloji-kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək. Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.
Proqnozlara görə, "Üstyurt" bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir.
© "Report"
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır





















