Dövlət 7%-lə 200 milyon manat borclanır – yeni istiqraz hərracı keçiriləcək
Sentyabrın 1-də 200 milyon manatlıq dövlət istiqrazı satışa çıxarılır. İnvestorlara 7%-lik yeni dövlət istiqrazları təklif olunacaq.Maliyyə Nazirliyi 3 illik istiqraz buraxır – 42 milyon manatadək faiz ödənişi yarana bilər
Maliyyə Nazirliyi 200 milyon manat həcmində yeni dövlət istiqrazlarını hərraca çıxaracaq.
Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, kuponlu, ortamüddətli dövlət istiqrazları üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində keçiriləcək. Sifarişlərin qəbulu saat 10:00-dan 11:00-dək davam edəcək.
Emissiyanın ilkin həcmi 200 milyon manat müəyyən edilib. Bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti isə 1 080 gündür.
İstiqrazlar üzrə illik kupon faiz dərəcəsi 7% təşkil edir.
Faiz ödənişləri 6 dəfə həyata keçiriləcək:
• 1 mart 2027-ci il
• 1 sentyabr 2027-ci il
• 1 mart 2028-ci il
• 1 sentyabr 2028-ci il
• 1 mart 2029-cu il
• 1 sentyabr 2029-cu il
İstiqrazların ödəniş tarixi 1 sentyabr 2029-cu ildir.
Emissiya tam həcmdə – 200 milyon manat yerləşdirilərsə, illik 7%-lik kupon dərəcəsi üzrə investorlar üçün bir il ərzində hesablanan faiz məbləği 14 milyon manat təşkil edəcək. Kuponların yarımillik ödənilməsi nəzərə alınarsa, hər ödəniş dövrü üzrə faiz məbləği təxminən 7 milyon manat olacaq.
Üçillik müddət ərzində, emissiyanın tam həcmdə yerləşdirilməsi və digər şərtlərin dəyişməməsi halında, istiqrazlar üzrə ümumi kupon ödənişləri 42 milyon manata çata bilər.
İstiqrazların ISIN kodu AZ0201240014-dür. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Emissiyanın həcmi 400 milyon manata qədər artırıla bilər
Hərracın şərtlərində diqqətçəkən məqamlardan biri Maliyyə Nazirliyinin tələb yüksək olduğu halda buraxılışın həcmini artırmaq imkanına malik olmasıdır.
Qaydalara əsasən, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyərsə və formalaşan qiymət emitenti qane edərsə, təklif olunan istiqrazların həcmi 100%-dək artırıla bilər. Bu isə ilkin olaraq 200 milyon manat nəzərdə tutulan yerləşdirmənin nəzəri olaraq 400 milyon manata qədər yüksəldilməsi imkanını yaradır.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlər istiqraz buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul ediləcək.
Bundan başqa, investorların təqdim etdiyi sifarişlərin ümumi həcmi hərraca çıxarılan istiqrazların həcminin 20%-dən aşağı olarsa, Maliyyə Nazirliyi həmin sifarişləri qəbul etməmək hüququna malikdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır





















