970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

57 ticarət obyektində pozuntu – saxta aksiz markalı məhsullar aşkarlanıb. Kürdəmirdə qeydiyyatsız istehsal sahəsi üzə çıxıb – 1288 saxta aksiz markası tapılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirilib.

Xidmətin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Reklam_3_11

Cari ilin avqust ayı ərzində Bakı şəhərində, habelə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyən edilib.

Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1.288 ədəd saxta aksiz markası, ümumi həcmi 25,0 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.

Qeyd edilməlidir ki, saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.

Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması “kölgə iqtisadiyyatı”nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə istehlakçıların da fəal iştirakı və aksizli məhsulların qanuni dövriyyəsinin təmin edilməsinə töhfə verməsi üçün Dövlət Vergi Xidmətinin “E-Vergi” mobil tətbiqində yeni funksionallıq istifadəyə verilib. Tətbiqin “Xidmətlər” bölməsində yerləşən “Təqib və İzləmə Sistemi” vasitəsilə aksizli malların qablaşdırmalarının və ya aksiz markalarının üzərində yerləşdirilmiş məcburi nişan kodlarını (QR kod) skan etməklə məhsul barədə məlumat əldə etmək mümkündür.

Məlumatlarda hər hansı uyğunsuzluq aşkar edildikdə isə istifadəçilər həmin tətbiq vasitəsilə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət edə bilərlər. Yeni funksionallıq istehlakçılara aksizli mallar barədə məlumatları operativ şəkildə yoxlamağa və aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat verməyə imkan yaradır.

Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

aksiz markası saxta aksiz markası aksizli mallar qanunsuz alkoqol alkoqollu içkilər pivə tütün məmulatları saxta içkilər Kürdəmir qanunsuz istehsal 25 min litr alkoqol 6192 alkoqollu içki 57 ticarət obyekti 1288 saxta aksiz markası Qida Təhlükəsizliyi Agentliyi AQTA E-Vergi Təqib və İzləmə Sistemi QR kod məcburi nişanlama kölgə iqtisadiyyatı aksizli məhsulların yoxlanılması vergi nəzarəti ticarət obyektləri ictimai iaşə obyektləri cinayət məsuliyyəti
27.08.2026 11:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Nigar Fərhad saxlanılıb
Nigar Fərhad saxlanılıb
27.08.2026 09:47
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19