Xpeng-in səhmləri 9%-dən çox ucuzlaşıb
Xpeng investorları məyus edib. Çinli avtomobil nəhənginin səhmləri 9% dəyər itirib. Əsas səbəb zəif satış proqnozudur.Çinin elektrik avtomobili istehsalçısı Xpeng-in səhmləri şirkətin robototexnika bölməsinin maliyyələşdirmə raundunda 6,3 milyard dollardan çox qiymətləndirilməsinə baxmayaraq, üçüncü rüb üzrə avtomobil satışı (tədarükü) proqnozunun gözləntilərdən zəif açıqlanmasından sonra çərşənbə axşamı Honq Konq birjasında 9%-dən çox ucuzlaşıb.
Marja xəbər verir ki, Xpeng-in ABŞ birjasında listinqdə olan səhmləri isə bazar ertəsi ticarət sessiyasını 8,5% azalma ilə başa vurub.
Şirkət 2026-cı ilin ikinci rübü üzrə 1,34 milyard yuan (təxminən 200 milyon dollar) xalis zərər açıqlayıb. Xpeng-in zərəri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bununla yanaşı, şirkətin gəlirləri 8% yüksələrək 19,74 milyard yuana çatıb.
Xpeng üçüncü rübdə 115 min–121 min ədəd civarında avtomobil tədarük etməyi proqnozlaşdırır.
Citi-nin qiymətləndirməsinə görə, şirkətin açıqladığı tədarük proqnozu investorların gözləntilərindən aşağı olub. Bank bunu əsasən təchizat zəncirindəki məhdudiyyətlərin Xpeng-in MONA L03 modelinin istehsal həcminin artırılmasına mane olması ilə əlaqələndirib.
Citi maliyyə nəticələrinin açıqlanmasından sonra Xpeng-in həm ABŞ, həm də Honq Konq birjalarında listinqdə olan səhmləri üzrə hədəf qiymətlərini bir qədər aşağı salıb.
Xpeng-in robot biznesi 6,3 milyard dollardan çox qiymətləndirilib
Digər tərəfdən, Xpeng-in robototexnika biznesi ilk maliyyələşdirmə raundunda 900 milyon dollardan çox vəsait cəlb edib. Əməliyyatdan sonra bölmənin qiymətləndirilməsi 6,3 milyard dolları ötüb.
Maliyyələşdirmə raunduna IDG Capital rəhbərlik edib. Gaorong Ventures də raundda iştirak edib, Tencent və Alibaba isə strateji investorlar qismində layihəni dəstəkləyiblər.
Xpeng-in sədr müavini və həmprezidenti Brian Gu LinkedIn paylaşımında bildirib ki, şirkətin məqsədi qabaqcıl humanoid robotların “qlobal kütləvi istehsalı və kommersiya tətbiqində yeni mərhələyə” keçidi təmin etməkdir.
Xpeng-in avtomobil və robot bizneslərinin dəyəri bir-birinə yaxınlaşır
Citi hesab edir ki, əgər Xpeng-in hazırkı bazar qiymətləndirilməsi robototexnika bölməsinin maliyyələşdirmədən sonrakı dəyərini tam əks etdirirsə, şirkətin əsas elektrik avtomobili biznesinin nəzəri dəyəri təxminən 6,5 milyard dollar təşkil edir.
Bu isə o deməkdir ki, Xpeng-in uzun illərdir fəaliyyət göstərən elektrik avtomobili biznesinin qiymətləndirilməsi hələ ilkin inkişaf mərhələsində olan robototexnika biznesinin 6,3 milyard dollarlıq dəyərinə çox yaxındır.
Citi robototexnika bölməsinin maliyyələşdirilməsini Xpeng üçün uzunmüddətli müsbət amil hesab edir. Bankın fikrincə, şirkət alqoritmlər, süni intellekt modelləri və çiplər sahəsində mövcud imkanlarını humanoid robotların hazırlanmasında da istifadə edə bilər.
Xpeng-in baş direktoru He Xiaopeng 2025-ci ilin noyabrında bildirmişdi ki, qarşıdakı 10 il ərzində şirkət avtomobildən daha çox robot sata bilər.
Quançjouda yerləşən şirkət həmin dövrdə ikinci nəsil humanoid robotunu təqdim edib. Xpeng eyni zamanda uçan nəqliyyat vasitələri üzrə ayrıca biznes istiqaməti də yaradıb.
Xpeng ötən il daha münasib qiymətli kütləvi bazar brendi Mona hesabına bazar payını bərpa etsə də, Çinin elektrik avtomobili bazarında müşahidə olunan ümumi zəifləmə fonunda satış tempini qorumaqda çətinlik çəkir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
2 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Ən çox oxunanlar
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?























