Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
Mikro biznes kreditində şərtlər sadələşdi - Sənəd tələb olunmur. VÖEN-i olan sahibkarlar üçün 50 min manatadək kredit imkanı – nə girov var, nə zamin, nə də filiala getmək.(®) Ölkənin ilk rəqəmsal bankı Birbank sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta biznes adamları Mikro biznes krediti əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər.
Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.
Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər.
Ətraflı məlumat üçün: www.b-b.az/BiznesB
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 20 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq





















