Azərbaycan şirkəti Özbəkistanda 700 hektarlıq nəhəng layihəyə başlayır
Azərbaycana məxsus “Gold Fresh Fruits” şirkəti Özbəkistanın Namanqan vilayətində intensiv meyvə bağlarının salınması layihəsinin ikinci mərhələsinə başlayır.
Marja xəbər verir ki, bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan kapitalı ilə fəaliyyət göstərən “Gold Fresh Fruits” artıq Namanqan vilayətində intensiv meyvə bağlarının yaradılması layihəsini həyata keçirir.
“Bu günlərdə layihənin 700 hektar ərazini əhatə edən ikinci mərhələsinə başlanılır. Bu mərhələ çərçivəsində logistika və soyuducu anbar infrastrukturunun yaradılması da nəzərdə tutulur”, – Laziz Kudratov bildirib.
Qeyd edək ki, Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər. Tədbir çərçivəsində meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməlqoyma mərasimi keçirilib.
Xatırladaq ki, 2017-ci ilin yayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Turakurgan rayonunda “Gold Fresh Fruits” MMC-yə baş çəkərək kənd təsərrüfatının inkişafı üzrə layihələrlə tanış olmuşdur.
Bildirilmişdi ki, Turakurgan rayonundakı “Gold Fresh Fruits” MMC-də 482 hektar sahədə intensiv bağ salınıb. 300-dən çox insanın çalışdığı müəssisədə albalı, gavalı, şaftalı, xurma və ərik tingləri yetişdirilir. Bundan əlavə, 104 hektar sahədə albalı bağının salınması nəzərdə tutulur.
2018-ci ilin sonunadək müəssisənin ərazisində ümumilikdə 400 hektardan çox albalı bağının yaradılması planlaşdırılır. Bu məqsədlər üçün 45 milyon dollar vəsait ayrılacaq. Layihə çərçivəsində hər il 10 min tondan çox məhsul istehsal ediləcəyi, 30 milyon dollar dəyərində məhsulun ixrac olunacağı gözlənilir.
Müəssisə, həmçinin 6,5 hektar ərazidə meyvə-tərəvəz məhsullarının emalı, saxlanılması və qablaşdırılmasını həyata keçirəcək logistika mərkəzi yaratmağı planlaşdırır. Bunun nəticəsində əlavə 300 yeni iş yerinin açılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 20 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq




















